İQTİSADİYYAT


® “AzerTelecom” şirkətinin rəhbər şəxsləri Global İnfluencer Day tədbirinin spikeri və moderatoru olub

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi “AzerTelecom” şirkətinin rəhbər şəxsləri oktyabrın 26-dan 29-dək Bakıda “İnnovasiya həftəsi” çərçivəsində Heydər Əliyev Mərkəzində keçirilmiş “Global İnfluencer Day” tədbirində spiker və ekspert-moderator qismində iştirak etməkdən məmnunluğunu bildirib.

Belə ki, tədbirin rəsmi hissəsinin spikeri “AzerTelecom” şirkətinin Korporativ Ünsiyyət üzrə rəhbəri Ceyhun Əli olub.

Tədbir çərçivəsində “Blokçeyn texnologiyaları” mövzusunda təşkil olunmuş panel müzakirəsi “AzerTelecom” şirkətinin kommersiya məsələləri üzrə baş direktoru, Blokçeyn sahəsində mütəxəssis Samir Nuriyev tərəfindən aparılıb və bu texnologiya haqqında ətraflı məlumat verilib.

Samir Nuriyev Blokçeyn texnologiyasının iqtisadiyyatın müxtəlif sahələrdə istifadəsi, texnologiyanın üstünlükləri, Azərbaycanda bank sferasında Blokçeyndən istifadə barədə danışıb. Panel müzakirələrində iştirak edən qonaqlar – müxtəlif aparıcı bankların rəhbərləri öz növbələrində Blokçeynin ölkəmizdə tətbiqi ilə bağlı ətraflı məlumat verib, müxtəlif təkliflər səsləndiriblər.

“Global İnfluencer Day” tədbiri “Google”, “Facebook”, “Oculus”, “Gezimania”, “Vispera”, “Vogue”, “Booking.com”, “Joi” və digər dünya miqyasında tanınmış şirkətlərin nümayəndələrini, influencer, biznes və brend sahiblərini Bakıda bir araya toplayıb.

Tanınmış spikerlər influencer marketinq, data marketinq, elektron kommersiya və Blokçeyn texnologiyası və digər sahələr barədə faydalı fikir mübadiləsi aparıblar. Tədbirdə, həmçinin süni intellekt (AI) əsasında hazırlanmış humanoid robot Sofia da çıxış edib.

Qeyd edək ki, “Global İnfluencer Day” tədbiri "Keepface DMCC" və "FA International Trade Events" tərəfindən təşkil olunub.

“AzerTelecom” Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətidir.

Şirkət internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SIP telefoniya, FTTx (fiber-optik xətt xidməti), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), VoIP xidməti, DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.