Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

® “Baker Hughes” Azərbaycanda ilk dəfə “Energy Forward” tədbiri keçirir

“Baker Hughes” Azərbaycanda ilk dəfə neft və qaz sektorunda məhsuldarlıq, səmərəlilik və təhlükəsizliyi əhəmiyyətli şəkildə dəyişən əsas tendensiyaları müzakirə etmək üçün dünyanın və regionun ideya sahiblərini, texniki ekspertləri bir araya gətirən “Energy Forward” konfransını keçirir.

Tədbirin proqramına aparıcı regional və beynəlxalq şirkətləri təmsil edən yüksək nüfuza malik natiqlər Xəzər dənizi hövzəsində və dünyanın digər yerlərində neft və qaz sektorunda müşahidə olunan dəyişiklərin müzakirə olunduğu plenar sessiyalar, habelə rəqəmsal transformasiya, ən müasir intervensiyalar, ağıllı qazma, tam maye həlləri, vəziyyətin monitorinqi və qabaqlayıcı korroziya idarəetməsi, həmçinin sıxılmış ağac və manifold kimi neftçıxarma avadanlıqları barədə geniş texniki sessiyalar daxildir.

Konfransda SOCAR-ın prezidenti Rövnəq Abdullayev çıxış edərək bildirib ki, indiyədək Azərbaycanda sənaye üsulu ilə 2 milyard tondan çox neft və 900 milyard kubmetrədək təbii qaz hasil edilib. SOCAR-ın qazma tresti tərəfindən “Bulla-91” kəşfiyyat quyusunda “Baker Hughes” ilə birgə quyudibi təzyiqlərin idarə olunması ilə qazma texnologiyası uğurla tətbiq edilməkdədir.

SOCAR-ın prezidenti qeyd edib ki, Azərbaycanda 2 milyard tondan çox neft hasil olunub. Bu, tək bizim üçün deyil, dünyanın bütün digər neft hasilatı ölkələri üçün də böyük rəqəmdir. Ancaq, eyni zamanda, bu o deməkdir ki, əgər biz hazırda çıxarılabilən neftin misal üçün 50 faizini hasil etməyi bacarırıqsa, deməli, yerin altında hələ hasil oluna bilməyən daha 2 milyard ton neft ehtiyatı mövcuddur.

Plenar sessiyada BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qəri Counz, Energetika nazirinin müavini Elnur Soltanov və “Baker Hughes” şirkətinin rəqəmsal həllər üzrə vitse-prezidenti Rami Qasem neft sənayesində müşahidə olunan çağırışları və şirkətlərin bu çağırışlara davam gətirəcək çevik və dayanıqlı biznes mühitini necə qurmalı olduqları barədə müzakirə aparıb.

Tədbirdə, həmçinin “Baker Hughes” tərəfindən ilk dəfə Azərbaycanda təqdim olunan ən müasir texnologiyaların nümayiş olunduğu sərgi keçirilir. Sərgidə Xəzər dənizi regionundan olan bütün ölkələrin təmsilçiləri ən son innovasiyalar və qabaqcıl texnologiyalar, o cümlədən süni intellekt, periferik hesablama (edge computing) və yeni nəsil fakelin işinin optimallaşdırılması barədə məlumat əldə etmək imkanı qazanırlar.

“Baker Hughes” şirkətinin sualtı texnologiyaların gələcəyi ilə bağlı yanaşması – “Subsea Connect”, həmçinin qazma və tamamlama işləri üçün qabaqcıl neftçıxarma texnologiyaları nümayiş olunub. Digər bölmə isə karbon və metan tullantılarının azaldılmasına yönəlmiş yeni enerji gələcəyini nəzərdə tutan rəqəmsal həllərə həsr edilib.

“Energy Forward” beynəlxalq səviyyədə qabaqcıl təcrübəni və çıxarılmış nəticələri bölüşmək və mühəndislik, elm və məlumatların imkanlarını kəşf etmək məqsədilə dünyanın əsas neft və qaz şirkətlərini təmsil edən 250-dən çox liderləri və əsas tərəfdaşları bir araya gətirən və Xəzər regionunda neft və qaz sektorunun gələcək inkişafı üçün rəqəmsal transformasiya və innovasiyaların nümayiş olunduğu unikal texnologiya tədbiridir.

Tədbir çərçivəsində bir neçə sənəd imzalanıb. “Baker Hughes” və SOCAR yuxarı axın əməliyyatlarında səmərəli quyuların konsepsiyasının işlənib hazırlanması və icrası ilə bağlı anlaşma memorandumu imzalayıb. Bu layihənin əsas məqsədi yeni quyularda səmərəliliyin artırılması imkanlarının müəyyən olunması və əldə edilməsidir. “Baker Hughes” şirkətinin qabaqcıl texnoloji həllərinin tətbiqi Azərbaycanın neft və qaz sənayesində inkişafa dəstək olmaqla, yerli resurslar və imkanlardan daha səmərəli istifadəyə şərait yaradacaq.

“Baker Hughes” ilə SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutu və şirkətin Azərbaycanda mövcud qurğusundan səmərəli istifadə əsasında neft sənayesi üçün reagentlərin istehsalını daxildə həyata keçirməyə yol açan razılaşma imzalayıb. Qlobal hasilat standartlarını təqdim etməklə, Baker Hughes və SOCAR yerli istismar təşkilatlarına ölkə daxilində və Xəzər dənizi regionunda aparıcı layihələrə qoşulmaq imkanı verəcək. Bu təşəbbüs həmçinin, yerli imkanları genişləndirmək və təkmilləşdirməklə biliklərin ötürülməsinə imkan verəcək və uzun-müddətli strateji fayda yaradacaq.

Bundan əlavə, “Baker Hughes” Bakı Ali Neft Məktəbinə “JewelSuite™” proqram təminatı üçün lisenziyanın verilməsi barədə təhvil-təslim aktı imzalayıb. Dəyəri 1 milyon ABŞ dollarından çox olan bu proqram təminatı üçün lisenziyalar tələbələrə Xəzər hövzəsində yeraltı mürəkkəb quruluşları modelləşdirməyə imkan yaradacaq. Bu təşəbbüs, sənaye sahəsində aparıcı geoloji və geofiziki proqram təminatından istifadə sahəsində real təcrübə qazanacaq, eyni zamanda, tələbələrin təhsildən birbaşa peşəkar fəaliyyətə keçidinə dəstək verəcək.

Qeyd edək ki, “Baker Hughes” dünya miqyasında enerji və sənaye sektorunda fəaliyyət göstərən müştərilərə həllər təqdim edən enerji texnologiyaları şirkətidir. 120 ölkədə fəalliyyət göstərən 100 illik təcrübəyə malik şirkət olaraq, bizim təklif etdiyimiz innovativ texnologiyalar və xidmətlər enerji sektorunu irəliyə apararaq onu insanlar və planet üçün daha təhlükəsiz, təmiz səmərəli edir. “Baker Hughes” ətraf mühitə minimum təsir etməklə və bir barrelə daha aşağı xərclə öz müştərilərinə karbohidrogen məhsullarını daha səmərəli, məhsuldar və təhlükəsiz şəkildə əldə etməyə, daşımağa və emal etməyə kömək edir.

1990-cı ildən Azərbaycanda fəaliyyətə başlayan “Baker Hughes” Xəzər dənizində həyata keçirilən bir sıra kompleks onşor və ofşor layihələr, o cümlədən “Şahdəniz, “Azəri-Çıraq-Günəşli”, “Abşeron” və TANAP layihələri üçün neft və qaz avadanlıq və xidmətlərinin aparıcı təchizatçısıdır. “Baker Hughes” SOCAR, həmçinin BP, “Total”, “Equinor”, “Caspian Drilling Company” şirkətlərinin tərəfdaşıdır.

“Baker Hughes”in Azərbaycandakı işçilərinin sayı 300-dən çoxdur. Ölkəmizdə şirkətin 4 məhsulundan - neft xidmətləri (OFC), neft avadanlıqları (OFE), turbo maşın və proses həlli (DS), ölçmə və nəzarət (M&C) və rəqəmli məhsullarından istifadə olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanla Avstraliya İttifaqının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib

Araşdırma - İnsan genlərini tənzimləyən süni intellekt vasitəsi hazırlanıb

Britaniya polisi Ruandaya deportasiya ediləcək ilk şəxslərin evlərinə basqın edib

Azərbaycan ilə İtaliya arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişafı üçün geniş perspektivlər mövcuddur

Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub

Türkiyə Ali Məşvərət Şurasının iclası keçirilib

Azərbaycanla İran arasında mədəni əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub

Rusiya Federasiyası ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib

Mədəniyyət naziri rusiyalı həmkarı ilə görüşüb

VI Mədəniyyətlərarası Dialoq Forumu xarici mətbuatın diqqət mərkəzində

Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib

Azərbaycan Basketbol Liqası: "Xəzri" pley-offa böyük hesablı qələbə ilə start verib

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk günü başa çatıb

Səlahiyyətli nümayəndə Naxçıvanda voleybol idman sahəsi üzrə görülmüş işlərlə maraqlanıb

“Təhsilin və gənclərin ayrı-seçkilik və ksenofobiya ilə mübarizəyə cəlb edilməsinin rolu” mövzusunda müzakirələr aparılıb

Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki fikirləri Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Bakı Forumu: Qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi

“Xalqımızın hürriyyəti yolunda Azərbaycan Cümhuriyyəti” - Tarix Muzeyində açıq dərs

“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb

NAFSA-nın prezidenti: Azərbaycan hökumətinin müxtəlif mədəniyyətləri bir araya gətirməsi möhtəşəm bir haldır

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini liderlərin Bakı görüşü təşkil olunub

Dövlət Komitəsinin sədri ilə ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti arasında görüş keçirilib

DQİDK sədri Rusiyanın baş ravvini ilə görüşüb

KOICA-nın Azərbaycanda kəhriz su sistemlərinin bərpası ilə bağlı layihəsi yekunlaşıb

İraq parlamentinin spikeri Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırılıb

Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

Malayziya Senatının sədri: COP29-un Bakıda keçirilməsi Azərbaycana göstərilən etimadın təzahürüdür

Bu ilin I rübü üzrə ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının statistikası açıqlanıb

Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb

Azərbaycan-Belarus münasibətlərinin möhkəmləndirilməsi istiqamətində görülən işlər müzakirə edilib

Migel Anxel Moratinos: Azərbaycan Prezidenti Forumda çıxışında bizə mühüm mesajlar verdi və istiqamət göstərdi

Naxçıvanda Gender bərabərliyi və qadın problemləri üzrə mərkəz yaradılıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Beynəlxalq təşkilatların III Zirvə görüşü keçirilib

Ukrayna Ali Radasının sədr müavini Azərbaycan dövlətinə və xalqına minnətdarlıq edib

Naxçıvandan Türk dünyasına uzanan şərəfli yol

İstanbulda baş verən insident nəticəsində 28 polis əməkdaşı yaralanıb, 210 nəfər saxlanılıb

İranlı nazir: Sülh içində yaşamağa nail olmaq üçün mədəniyyətlərarası layihələrə ehtiyac var

Avstraliyalı deputatlara Azərbaycan-Ermənistan danışıqları barədə məlumat verilib

Pedaqoji Universitetdə “Peşəkar ol! – Necə?” layihəsinə başlanılıb

Beynəlxalq ekspert: Bərpaolunan enerjiyə keçid Azərbaycan və Qırğızıstan üçün mühüm imkanlar yaradır - MÜSAHİBƏ

Azərbaycan və Moldova parlamentləri arasında əlaqələr uğurla inkişaf edir

Bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Bakı Forumunda mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi diqqət mərkəzində olub

TÜRKSOY-un Baş katibi: Mədəni gücü ətraf mühitin mühafizəsində maarifləndirmə üçün katalizator kimi istifadə etməyə çalışırıq

Azərbaycanın kişi voleybol yığması Qızıl Avropa Liqasının hazırlıqlarına başlayıb

“Aztelekom” “GSMA M360 Eurasia 2024” beynəlxalq konfransında iştirak edəcək

Universitetin tələbələri karyera planlaması barədə məlumatlandırılıblar

AzTU-da “Mütərəqqi texnologiyalar və innovasiyalar” mövzusunda IX respublika elmi-texniki konfransı keçirilir

Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında 4 məsələ müzakirə olunub

XTQ-nin veteranları ilə görüş keçirilib

AFFA-nın vitse-prezidenti: “Avro-2024”də Azərbaycanı ən yüksək səviyyədə təmsil etməyə çalışacağam

BDU-da seminar: Müsahibə texnikaları

Baş nazir Əli Əsədov Malayziyanın Parlament Senatının prezidenti ilə görüşüb

Prezident İlham Əliyev BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik təsisatları üzrə köməkçisini qəbul edib  YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib YENİLƏNİB VİDEO

Azərbaycan çempionatının qalibi olmuş "Azərreyl" klubunun üzvləri ilə görüş keçirilib

İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər

Azərbaycan güləşçiləri son lisenziya turnirinə Bakıda hazırlaşırlar

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda yüksək səviyyədə təmsil olunub

Bakı Forumu çərçivəsində “Süni intellekt - təhdid yoxsa imkan?” mövzusunda panel sessiya keçirilib VİDEO

Mixail Şvıdkoy Bakıda ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib

“Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - elmi seminar

Aşqarlar Kimyası İnstitutunda ekoloji maarifləndirmə seminarı keçirilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

AQTİ işə qəbul elan edir

Daxili işlər naziri Yardımlıda vətəndaşları qəbul edəcək

Forumda növbəti panel sessiya tənzimlənməyən miqrasiya və sosial təsirlərə həsr olunub

Tal Katran: Şuşanı təbiət möcüzəsi adlandırmaq olar

Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb

Allahşükür Paşazadə: Azərbaycanın birgəyaşayış modeli bütün dünya üçün örnəkdir

İmişlidə baş verən yol qəzasında yaralıların sayı 5-ə çatıb YENİLƏNİB VİDEO

Paytaxt məktəblərində I sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb

Anatoli Markeviç: Belarusla Azərbaycan arasında mədəniyyət körpüsü yaratmışıq VİDEO

Məhəmməd Əl-Qasimi: İnanıram ki, Bakıda keçiriləcək COP29 qlobal iqlim problemlərinin həllinə töhfəsini verəcək

TDT üzv ölkələrdə ətraf mühitin qorunmasına böyük önəm verir

Bakıda lV Beynəlxalq Autizm Festivalı keçirilib

Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin siyahısı genişləndirilir

Reymond Bondin: Azərbaycan çox gözəl mədəni irsə malikdir

Gənc rəssam Almaz İdrisovanın fərdi sərgisi açılıb

Bahar Muradova: Qadın hüquqları, ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı məsələ bütün forumların əsas mövzusuna çevrilməlidir

BDU-da İsrailin Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya

“Ümummilli Lider Heydər Əliyevin dil siyasəti” mövzusunda elmi sessiya keçiriləcək

Səudiyyəli nazir: Alternativ enerji mənbələri üzrə geniş fəaliyyət göstəririk

Elnur Məmmədov: "Prezident Kuboku" reqatası ildən-ilə daha maraqlı və uğurlu alınır

“GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıb

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib YENİLƏNİB-3 VİDEO

BMU ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Nigeriyanın UNESCO-dakı nümayəndəsi: Dünyanın daha yaxşı olması üçün Dialoq Forumu kimi tədbirlərin keçirilməsi çox vacibdir

ICESCO-nun Baş direktoru: Biz yalnız beynəlxalq əməkdaşlıq yolu ilə iqlim böhranını aradan qaldıra bilərik

Litvalı tədqiqatçı: Azərbaycan Prezidenti çox müdrik siyasət yürüdür

ICESCO-nun Baş direktoru COP29-a dəvət olunub

Qızıl Avropa Liqasına hazırlaşan voleybolçularla görüş olub

Mədəniyyətlərarası Dialoq Forumunda Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi mövzusunda müzakirələr aparılıb

Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib

CNN: Kolumbiya Universitetində etiraz aksiyaları zamanı 230 nəfər həbs edilib

Məktəb direktoru müavinləri üçün təlimlər davam edir

Qabriela Ramos: Süni intellekt Bakı Forumunun ən vacib mövzularındandır

Türk alim kitabxanaların süni intellektə inteqrasiyası üzrə layihə hazırlayır