REGİONLAR
® “Kapital Bank” artıq Qubadlıda
“Kapital Bank” işğaldan azad olunan ərazilərdə bank infrastrukturunun bərpası istiqamətində işlər həyata keçirməkdə davam edir. Belə ki, Qubadlı rayonunun Xanlıq kəndində fəaliyyət göstərən marketlərin birində “Kapital Bank”a məxsus bankomat və ödəniş terminalı quraşdırılıb.
Bankomatla yanaşı, quraşdırılan terminalda kredit ödənişləri, cari hesablara mədaxillər, kart balansının artırılması, kredit və “BirKart” sifarişi, kommunal, rabitə, TV, internet, avans, aliment, sığorta, məhkəmə, bələdiyyə, vergi, Dövlət Sosial Müdafiə Fondu, cərimə, təhsil (BDU, ADNSU, ATU, ADPU və sair) ödənişləri, “Xəzri” pulköçürməsi və bir sıra başqa ödənişlər etmək olar. Yaxın gələcəkdə, həmçinin “Azəriqaz” və “Azərsu”nun smart sayğaclarının yüklənməsi də terminallar vasitəsilə mümkün olacaq.
Qeyd edək ki, ötən ilin dekabr ayında Şuşada olan “Bolmart” marketində bankomat və ödəniş terminalı yerləşdirilib. Həmçinin “AzCake” mağazasında “Kapital Bank”ın POS-terminalı quraşdırılıb, mağaza “BirKart”ın partnyorları sırasına daxil edilib. Bununla da dövlət tərəfindən mülki əhaliyə işğaldan azad olunan rayonlara getmək imkanı yaradılan kimi taksit imkanından, “Ürəklər” bonus sistemindən, bankomat və ödəniş terminallarından yararlanmaq mümkün olacaq.
Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi - 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “www.kapitalbank.az” saytına, 196 Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.