CƏMİYYƏT
® REFERANS Medical Group jurnalistlər üçün webinar keçirəcək
REFERANS Medical Group (tərkibinə Referans Laboratoriyası, Referans Poliklinikası (və Mərdəkan filialı), LOR Hospital, LEYLA Medical Center, SƏYYAR Tibbi Qatar daxildir) KİV nümayəndələri, tibbi sektor blogerləri üçün “COVID 19 hesabatı” adlı karantin şəraitində laborator, funksional və diaqnostik müayinənin yekunlarını ifadə edən WEBINAR təşkil edəcək. Tədbir 2020-ci il mayın 29-da, saat 15:00-da baş tutacaq.
Onlayn seminarın əsas məqsədi pandemiya şəraitində sağlam həyat naminə mübarizədə KİV ilə birgə addım atmaq, tibbi profilaktik işlərlə bərabər, həm də ictimaiyyətin kütləvi maariflənməsini təmin etməkdir.
Webinara hər bir KİV nümayəndəsi olduğu məkanı tərk etmədən, onlayn şəkildə qatıla biləcək. Ənənəvi seminarlardan fərqli olaraq bu dəfə veb ortamda görüşməklə həm karantin şəraitində izolyasiya tədbirlərini əldən verməmiş olacağıq, həm vaxt itkisinin qarşısını alacaq, həm də eyni anda iki işə fokuslana biləcəyik.
Webinarın sonunda media mənsublarına REFERANS MEDİCAL GROUP tərəfindən sertifikat veriləcək və xüsusi endirim kuponu (həkim qəbulları ödənişsiz və bütün diaqnostik müayinələr 30 faiz endirimlə) təqdim ediləcək.
Hər bir media mənsubunun 2020-ci il mayın 28-nə kimi aşağıdakı əlaqə vasitələri ilə qeydiyyatdan keçmələri xahiş olunur.
Web proqram təminatı Referans Medical Group tərəfindən öncədən qeydiyyatdan keçən jurnalistlərin maillərinə linklər şəklində göndəriləcək. Müəyyən olunan zamanda bütün KİV nümayəndələri ilə əlaqə qurulacaq. Webinarda spikerlər - Referans Medical Groupun İdarə heyətinin üzvü, LEYLA Medical Centerin tibbi direktoru Sevda Cəfərova, Referans Laboratoriyasının müdiri Aslıhan Dağdemir, LOR Hospitalın icraçı direktoru Ariz Cəbrayılov, Referans Poliklinikasının baş həkimi Gülşən Həsənova çıxış etməklə, həm də jurnalistlərin suallarını cavablandıracaqlar.
Bizimlə əlaqə üçün Tel.: +99455 624 24 43 və ya *0033 və ya *0101 çağrı mərkəzləri.
Email.: [email protected]