İQTİSADİYYAT


® “Rabitəbank”ın İdarə Heyətində dəyişiklik olub

®  “Rabitəbank”ın İdarə Heyətində dəyişiklik olub

Orhan Gültekin “Rabitəbank” ASC-də İdarə Heyəti Sədrinin 1-ci müavini olaraq təyin olunub.

Qeyd edək ki, buna qədər Orhan Gültekin 2018-ci il martın 6-dan “Rabitəbank”da İdarə Heyəti sədrinin müavini (satış üzrə) vəzifəsini icra edirdi. Gültekin Orhan Rifat oğlu 1970-ci il mayın 6-da Türkiyənin Bursa şəhərində anadan olub. 1987-1991-cı illərdə Türkiyənin Hacettepe Universitetində menecment ixtisası üzrə bakalavr təhsili alıb. Orhan Gültekin 1993-cü ildə “Garanti” bankda öz karyerasını auditor olaraq başladıb, daha sonra 1997-2001-ci illərdə “Koçbank”da satış üzrə müxtəlif idarəedici vəzifələrində, 2001-2012-ci illərdə “Yapı Kredi Bank-Türkiyə”də satış üzrə regional direktor və icraçı vitse-prezident vəzifələrində çalışıb. 2012-2015-ci illərdə “Yapı Kredi Bank–Azərbaycan”da baş direktor (satış üzrə) olaraq fəaliyyət göstərib.

“Rabitəbank” ASC Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, “133” Çağrı mərkəzi ilə müştərilərin xidmətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.