Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

® Yeni “Lexus UX” modelinin rəsmi təqdimatı olub

Mayın 3-də “Elektra Events Hall”da tam yeni “Lexus UX” modelinin rəsmi təqdimatı baş tutub. Təqdimatda iştirak edən avtomobil sektorunun nümayəndələri, iş adamları, jurnalistlər, tanınmış elm və incəsənət xadimləri prestijli yapon brendinin ən yeni avtomobili ilə yaxından tanış ola biliblər. Bütün dünyanın avtomobil mütəxəssisləri və jurnalistlərin fikrincə “Lexus” mühəndisləri, dizayner və marketoloqlar şəhər gənclərinə ünvanlanmış son dərəcə parlaq və bol innovasiyalı kompakt krossover yaratmağa nail olublar. 

Gecənin bədii hissəsi də yüksək zövqlə təşkil olunub. Qonaqların qarşısında tanınmış musiqi və rəqs kollektivləri çıxışlar edib, proqramın ən effektli anları isə Rusiyadan dəvət olunmuş şou-biznes ulduzu Vera Brejnevanın ifaları ilə bağlı olub.

Yeni model barədə məlumatı diqqətinizə çatdırırıq.

Yeni “Lexus UX”

Yeni “UX” cəsarətli dizayn və yüksək səmərəli güc aqreqatının vəhdətini yaratmaqla, eyni zamanda, “Lexus”un innovativ dəbdəbəsini və təhlükəsizliyini nümayiş etdirir. Avtomobil dəbdəbəli idarəetməyə müasir və dinamik yanaşma axtaran şəhər sakinləri üçün nəzərdə tutulub. Belə yanaşma yeni və cəlbedicidir, eyni zamanda, onların həyat tərzinə uyğun gəlir.

Dinamik sazlanmış “UX” tez və ənənəvi “Lexus” rəvanlığı ilə seçilən xoş səyahət təmin etmək üçün yaradılıb. Bu cəhətlər onu lüks kompakt krossoverlər bazarının unikal nümayəndəsinə çevirir.

“UX” yeni “Global Architecture – Compact” (GA-C) platformasının istifadəsi ilə yaradılmış ilk “Lexus”dur. Yüngül, lakin çox möhkəm konstruksiya, çox alçaqda yerləşən ağırlıq mərkəzi və təkmilləşdirilmiş asqı kökləmələri onu müstəsna çeviklik, rahatlıq və bənzərsiz idarəetmə xüsusiyyətləri ilə təmin edir. “UX” 2 litrlik, 169 a.g və maksimal 205 Nm fırlanma anı hasil edən benzin mühərriklə təklif olunur.

İnteryer və dizayn: “Lexus”un yeni dəbdəbəli siması

“Lexus” dizaynerləri “UX” salonunda dinamik lüks sedanın rahatlığı ilə krossover universallığının vəhdətini yaratmağa müvəffəq olublar. Materialların və işləmələrin yüksək keyfiyyəti ondan xəbər verir ki, qarşımızda yapon ustalıq ənənələrini və qonaqpərvərliyini innovativ istehsal texnologiyaları ilə birləşdirən “Lexus”dur.

Bununla yanaşı, “UX” modelinin interyerinin dizaynı həm də arxayınlıq hissi yaradır. Misal üçün, qapı panelləri möhkəm çərçivəyə bənzədiyinə görə nəqliyyat vasitəsinin içində özəl təhlükəsizlik hissi təmin edilir.

Evin eksteryeri ilə interyerinin arasında sərhədləri silən ənənəvi yapon memarlıq konsepsiyası – “Engawa”dan ruhlanan dizaynerlər “UX” modelinin daxilində də davamlı dinamika üslubunu əsas götürüblər. Sürücü yerindən baxanda, maraqlı təəssürat oyanır, sanki cihazlar panelinin yuxarı hissəsi ön şüşəyədək və hətta qanadlaradək uzanıb gedir. Bu, sürücü üçün daha geniş ətrafa görüntü imkanı, eləcədə avtomobilin ölçüləri və təkərlərin yerləşməsi barədə daha dəqiq hissiyyat yaradır. Avtomobilə kənardan baxdıqda isə, adama elə gəlir ki, kapot ön şüşəni yararaq birbaşa cihazlar paneli ilə birləşib.

Maraqlıdır ki, Kyusyuda yerləşən zavodda istehsal olunan hər bir avtomobil, zavodu tərk etməzdən əvvəl “Lexus Takumi” ustaları tərəfindən “Quiet Room” (sakit otaq) adlanan xüsusi qapalı ərazidə sınaqdan keçirlər. Burada qapıların bağlanması zamanı yarana biləcək istənilən artıq səslər və digər xırda xətalar aradan qaldırılır.

“Seat-in-control” konsepsiyası

“Seat-in-control” konsepsiyası sayəsində “UX” sürücüsü sükan arxasında özünü son dərəcə yaxşı hiss edir. Avtomobilin əsas funksiyalarının idarəetmə orqanları salonun sürücü hissəsində cəmləşdirilib. Oturacaqların forması isə sürücüyə onları rahat vəziyyətdə idarə etməyə imkan verir.

Dəbdəbəli “Lexus” üslubu “UX” salonunun hər bir qarışında hiss olunur. Üçmilli sükan çarxı və əqrəbli saat, misal üçün, “Lexus LS”dən götürülüb. “Lexus”un digər modellərində də istifadə olunan “Lexus Climate Concierge” sistemi isə isidilən və soyudulan hava kütləsini isidilən və soyudulan oturacaqları nəzərə almaqla elə istiqamətləndirir ki, salonda komfortlu temperaturu təmin etsin. “Lexus”un xırda detallara diqqət göstərməsi artıq bütün dünyada bəllidir. Bunu təsdiq etmək üçün yeni modelin sadəcə tavan örtüyünə toxunmaq yetərlidir.

Xüsusi dizayn nəticəsində artıq ön şüşədə sürücünün diqqətini yayındıra biləcək heç bir kölgələr əmələ gəlmir. İdarəetmə düymələrini işlətdikdə yaranan “Lexus duyğusu” barədə isə dayanmadan danışmaq olar.

Düşünülmüş xarici görünüş sayəsində universallıq

“UX” şəhər gəzintiləri üçün idealdır. 2640 millimetr olan təkərlərarası baza rəvan hərəkətə və salonun genişliyinə xidmət edir. 4495 millimetrlik uzunluq və öz sinfində ən yaxşı geriyə dönmə diametri (10,4 metr) “Lexus UX” avtomobilinə asanlıqla manevr etməyə və rahat parklanmağa imkan verir.

Salona giriş-çıxış isə omba xəttinin optimal hündürlüyü, qapıların alt hissəsinin kəsik formalı olması və oturacağın mükəmməl profili kimi bir sıra amillər nəticəsində daha da rahat olub. “UX” salonundakı əşyalar üçün nəzərdə tutulmuş konsol isə həcminə görə öz sinfində liderdir. Baqaj bölməsinin avtomatik qapısı “UX”in yüklənməsini daha da asanlaşdırır, damdakı alümin yük qövsləri isə müxtəlif yardımçı tutqacların quraşdırılmasına imkan verir.

Sizin istəklərinizə uyğunlaşan asqı

Bayraqdar “LC Coupe”də debüt edən ən son verisya “Lexus Adaptive Variable Suspension” (AVS) “UX F SPORT” təchizat səviyyəsində mümkündür. Yeni “AVS” sistemi döngələrdə avtomobilin yana əyilməsini azaldır və nahamar şəhər yollarında rahatlığı artırır. Bundan savayı, “Pre-Collision Cooperative Control” sistemini istifadə etməklə “AVS” ani olaraq dempferləmə gücünü artıra bilir. Bu, nəqliyyat vasitəsinin kuzovunun əyilmə bucağını azaltmaqla sürücüyə toqquşmadan qaçmaq imkanı verir. “VSC Cooperative Control” avtomobil sürüşdükdə və təkərlərin yol səthi ilə kontaktı dəyişdikdə müvafiq dempferləməni tətbiq etməklə “VSC” sisteminin səmərəliyini artırmış olur.

Təhlükəsizlik və sürücüyə yardım sistemləri

“UX” səkkiz ədəd təhlükəsizlik yastığı ilə təchiz olunur: sürücü və ön sərnişin üçün frontal təhlükəsizlik yastıqları, sürücü və ön sərnişinin dizləri üçün təhlükəsizlik yastıqları, sürücü və ön sərnişinin oturacaqlarında quraşdırılmış yan təhlükəsizlik yastıqları və yan təhlükəsizlik pərdəsi.

“Lexus Safety System+” - potensial toqquşma ehtimalını və nəticələrini azaldan və həmçinin sürücüyə yardım üçün nəzərdə tutulmuş standart təhlükəsizlik texnologiyalar toplumudur. “Lexus Safety System+” paketinə istənilən sürətdə çalışan dinamik kruiz-kontrol, toqquşmaların qarşısını alan “PCS” sistemi, hərəkət zolağına nəzarət sistemləri, sükan assistenti və intellektual uzaq işığa malik faralar daxildir. “Lexus UX” onun dizayn xüsusiyyətlərini vurğulayan 13 rəng çalarında təklif olunur.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB CANLI

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - “Ziyarətə çevrilmiş ocaq”

Ayın üzərində il reklam yerləşdirilib

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər