CƏMİYYƏT


® "Maredo konfetləri qazandırır” lotereyasının üçüncü tirajının qalibləri məlum oldu!

“OBA” marketlər şəbəkəsi tərəfindən keçirilən “Maredo konfetləri qazandırır” lotereyasının üçüncü tirajı baş tutub.

“OBA Market” mobil tətbiqi üzərindən həyata keçirilən stimullaşdırıcı elektron lotereyanın üçüncü tirajının qalibləri mayın 6-da məlum olub.

Qaliblər, “OBA” marketlər şəbəkəsinin sosial media hesablarında keçirilən canlı yayım zamanı təsadüfi seçimlə müəyyənləşdirilib. Hər həftə olduğu kimi bu həftədəki tirajda da 7 nəfər 100 AZN-lik “OBA” hədiyyə kartı, 2 nəfər elektrikli soba, 2 nəfər ətçəkən maşın, 2 nəfər smartfon, 1 nəfər televizor və 1 nəfər paltaryuyan maşın qazanıb.

Aprelin 15-dən iyunun 9-na kimi davam edəcək tirajlı stimullaşdırıcı elektron lotereyada “OBA” müştəriləri hər 5 AZN-lik Maredo konfetləri alış-verişində “OBA Market” mobil tətbiqini kassirə təqdim etməklə 1 şans qazanırlar. Lotereya 8 tirajdan ibarət olmaqla 8 həftə davam edəcək. 1-7-ci tirajlarda 1 lotereya nömrəsi yalnız 1 tirajda qalib ola bilər. 8-ci, yəni sonuncu tirajda isə bütün öncəki qaliblər də iştirak hüququ qazanacaqlar. Növbəti tiraj tarixləri: 13 may, 20 may, 27 may, 3 iyun, 10 iyun.

Lotereyada iştirak edən “OBA” müştəriləri hər biri 15 ədəd olmaqla elektrikli soba, ətçəkən maşın, mobil telefon, hər biri 8 ədəd olmaqla televizor və paltaryuyan maşın, 54 ədəd 100 AZN-lik hədiyyə kartları, 1 ədəd soyuducu və 1 ədəd Kia Rio avtomobili qazanma şansına sahibdirlər.

Onu da vurğulayaq ki, lotereyanın iştirak qaydalarına əsasən, 18 yaşına çatmış şəxslər “OBA market” mobil tətbiqini yükləyərək iştirakını təsdiqləyib şəxsi məlumatlarını tam və doğru doldurmalıdır. Hər bir lotereya nömrəsi 1 dəfə qalib ola bilər. Şans sayının çox olması lotereya nömrəsinin qazanma ehtimalını artırır.

Ətraflı məlumat: oba.az saytında və “OBA Market” mobil tətbiqində elan olunacaq.

Qeyd edək ki, “Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC ölkə üzrə 1000-dən çox marketi və 6000-dən çox əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur! 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.