İQTİSADİYYAT
® AtaBank” “VISA International” ilə birgə yeni kampaniyaya start verib
"AtaBank" ASC "VISA International" şirkəti ilə birgə "VİZA göstər, VISA al" kampaniyasına start verdi.
Kampaniya çərçivəsində xarici ölkələrə səyahət etmək üçün viza almış müştərilər "AtaBank"dan pulsuz “VISA Classic”, “VISA Gold” plastik kartına sahib olmaq imkanı əldə edəcəklər. Bunun üçün sadəcə "AtaBank"ın baş ofisinə və ya istənilən filialına şəxsiyyət vəsiqəsi və xarici pasportla yaxınlaşaraq qüvvədə olan vizanı bank əməkdaşına göstərmək kifayətdir. Hədiyyə veriləcək plastik kartın növü müştərinin səyahət edəcəyi ölkədən və vizanın müddətindən asılıdır.
“VISA Classic”, “VISA Gold” kartı müştərilərə yalnız ABŞ dolları və ya avro valyutasında açıla bilər.
Kampaniya yalnız fiziki şəxslərə şamil olunur və ilin son iş günü dekabrın 28-i tarixinədək qüvvədə olacaq.
VISA kartlarından dünyanın 200-dək ölkəsində istifadə etmək mümkündür. Bu kartlardan istifadə edərək müştərilər həm ölkə daxilində həm də ölkə xaricində POS-terminal vasitəsilə və ya online alış-veriş edə, "AtaBank"ın AtaNet İnternet və ya Mobil Bankçılıq əlavəsinə daxil olaraq müxtəlif bank əməliyyatlarını həyata keçirə bilərlər.
“WhatsApp” istifadəçiləri "AtaBank"ın “WhatsApp” əlavəsinə bağlı olan 050 999 91 36 telefon nömrəsi ilə əlaqə yaradaraq VISA plastik kart məhsulları və kampaniya haqqında istənilən məlumatı operativ əldə edə bilər.