CƏMİYYƏT
® Kamilla Məmmədzadə ölkəmizi beynəlxalq uşaq festivalında təmsil edəcək
![](/files/galleryphoto/2022/3/1200x630/1664623535420193302_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16646235356219347793_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1664623535299740135_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16646235351494949316_1200x630.jpg)
Bir çox uğurlara imza atan 12 yaşlı istedadlı Kamilla Məmmədzadə ölkəmizi oktyabrın 18-dən 22-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək “Junior Model International” adlı beynəlxalq uşaq festivalında təmsil edəcək. Sözügedən festivalda 60 ölkədən qatılacaq 70 iştirakçı dəb, sənət və talant üzrə öz bacarıqlarını nümayiş etdirəcəklər.
Beynəlxalq festivalda Kamilla Məmmədzadə məşhur müğənni Beyonsun “Single Ladies” adlı mahnısı ilə çıxış edəcək.
"Çox sevinirəm ki, ölkəmizi belə bir nüfuzlu layihədə təmsil edirəm. Bu, mənim üçün böyük şərəfdir. Hazırlıqlar və məşğələlər uğurla davam edir. Yüksək nəticə qazanmaq üçün əlimdən gələni edəcəyəm", - deyə ifaçı qeyd edib.
Qeyd edək ki, vokal musiqi təhsilinə yiyələnən Kamilla Məmmədzadə 2021-ci ildə Türkiyədə keçirilən “Golden Star Kids International” beynəlxalq yarışmasının qalibi olmaqla yanaşı, layihənin Qran-prisini də qazanıb. Bununla yanaşı, Kamilla martın 23-də “Four Seasons” otelində keçiriləcək "Global Woman Awards" mükafatına layiq görülüb. O, həmçinin bu il mart ayında “EXPO-2020 Dubai” sərgisi çərçivəsində baş tutan "Little Miss & Mister United World" adlı beynəlxalq mədəniyyət və talant festivalında Azərbaycanı uğurla təmsil edərək birincilik qazanıb.