İQTİSADİYYAT
® “Rabitəbank” tələbələrə təqaüd verəcək
"Rabitəbank" Korporativ Sosial Məsuliyyət tədbirləri çərçivəsində bu il tələbə adını qazanmış abituriyentlər üçün esse müsabiqəsi elan edir. Müsabiqənin şərtlərinə uyğun olaraq 2018-ci ildə ali təhsil məktəblərinə qəbul olunmuş tələbələrin arasından 2 nəfər "Rabitəbank"ın idarə heyəti tərəfindən seçilərək "Rabitəbank"ın təyin etdiyi təqaüdlə təmin olunacaq və hər birinə təhsil aldığı müddətdə şəxsi istifadəsi üçün noutbuk hədiyyə ediləcək.
Müsabiqədə iştirak etmək istəyən bütün tələbələrdən "Sosial media və texnologiyaların yeni nəslin inkişafında rolu" mövzusunda esse yazmaları və şəxsi məlumatları ilə birgə təqdim etmələri tələb olunur. Bankın rəhbərliyi tərəfindən seçilmiş iki ən uğurlu esse müsabiqənin qalibləri elan olunacaq.
Müsabiqədə iştirak üçün tələblər:
İştirakçı:
- 650-dən çox bal toplamış olmalıdır;
- iqtisadi sahə üzrə hər hansı bir ixtisasın əyani bölməsinə qəbul olunmuş olmalıdır;
- "Sosial media və texnologiyaların yeni nəslin inkişafında rolu" mövzusunda esse (400 sözdən az və 1000 sözdən çox olmayaraq) hazırlamalı və [email protected] mail ünvanına göndərməlidir;
- Şəxsi məlumatlarını (ad, soyad, təvəllüd, qəbul imtahanında topladığı bal, qəbul olunduğu ali məktəb və fakültə/ixtisas) esse ilə birlikdə təqdim etməlidir.
Esselər müvafiq elektron poçt ünvanına göndərildikdən sonra "Rabitəbank" müəyyən kriteriyalara əsasən seçim edir və qalibləri elan edir.
Qaliblərin hər birinə təqdim olunur:
- Akademik təhsili boyunca aylıq 100 AZN "Rabitəbank" təqaüdü -
• təqaüdün 4 il boyunca verilməsi nəzərdə tutulur, hər yarımillikdə təqaüdçülərdən universitetdən təsdiq olunmuş qiymətləndirmə cədvəli tələb olunur, ortalama qiyməti 100 üzərindən 85+ olduğu təqdirdə təqaüdün verilməsi davam etdirilir, əks halda, ilkin olaraq bir yarımillik müddətində dayandırılır. Növbəti yarımillikdə tələbə tərəfindən yenidən A dərəcə bərpa olunarsa, təqaüdün verilməsi də bərpa edilir. Ardıcıl olaraq 2 yarımillikdə A dərəcədən fərqli dərəcə qeyd olunarsa, təqaüdün verilməsi birdəfəlik dayandırılır.
• təqaüdçülərin bank tərəfindən müəyyən olunan zaman ərzində qiymətləndirmə cədvəlini təqdim etməməsi halında təqaüdün verilməsi birdəfəlik dayandırılır.
- şəxsi istifadə üçün 600 AZN-ə qədər dəyərində 1 ədəd notebook .
Qeyd edək ki, müsabiqə üçün esselərin qəbuluna sentyabrın 11-dən start verilir və son qəbul tarixi sentyabrın 25-dir. Hər bir iştirakçıya müsabiqədə uğurlar arzulayırıq və aktiv iştiraka dəvət edirik.
Əlavə məlumat: http://bit.do/Rabitabank_teqaud
25 illik bank tarixinə sahib "Rabitəbank" ölkənin ən iri banklarından biri kimi 24 filial və bir şöbədən ibarət filial şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 qaynar xəttinə aid www.133.az saytına daxil olmaq və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.