MƏDƏNİYYƏT
"AtaTravel" möhtəşəm Novruz şənliyi təklif edir
Bakı, 10 mart, AZƏRTAC
"AtaTravel" MMC martın 22-25-də "Qalaaltı Hotel & SPA" müasir müalicə-istirahət kompleksində dördgünlük möhtəşəm Novruz şənliyi təklif edir.
MMC-dən AZƏRTAC-a bildiriblər ki, iştirak etmək istəyənlər baharın gəlişini təbiət qoynunda füsunkar mənzərəsi olan "Qalaaltı Hotel & SPA" müasir müalicə-istirahət kompleksində qarşılaya bilərlər. Gün ərzində 3 dəfə ultralüks açıq bufet, hər axşam canlı musiqili proqram, tonqal ətrafında möhtəşəm atəşfəşanlıq, kosa və keçəlin iştirakı ilə əyləncəli şou-proqram, milli rəqslər, rəqs qrupu şou, lotereya oyunu, hədiyyəli yumurta döyüşü və Novruz sərgisi daxil olmaqla ikinəfərlik otaqda bir nəfər üçün qiymət 395 manat təşkil edir. Həmçinin proqrama otelin idman və SPA mərkəzinin xidmətlərindən istifadə daxildir.
Daha geniş məlumat almaq üçün "AtaTravel" MMC-yə (994 12) 493-05-01 (daxili 104) nömrəli telefona və ya (050) 245 05 09 mobil telefonu ilə əlaqə saxlamaq olar. "AtaHolding" Şirkətlər Qrupunun turizm sektorunda "AtaTravel" MMC, "AtaTurizm" və "Excelsior Hotel & Spa Baku" oteli fəaliyyət göstərir. 2011-ci ildə təsis edilmiş "AtaTravel" turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini otel, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta və viza ilə əlaqədar xidmətlərlə təmin edir.