Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

"Bibi" və "Beni": Knesset uğrunda iki liderin seçki savaşı

İsraildə növbəti seçki arxada qalıb. Bu dəfə də Binyamin Netanyahunun liderlik etdiyi "Likud" partiyası qalib gəlib. Seçkidə çoxlu sayda qüvvələr iştirak edib. Ümumilikdə yarışa 40 partiya və blok qatılıb. Onlar arasında gərgin mübarizə müşahidə edilib. Əsasən indiki baş nazir B.Netanyahu (ona İsraildə "Bibi" deyirlər) ilə İsrail ordusunun keçmiş baş qərargah rəisi general Beni Hans (çoxları onu "Beni" adlandırır) arasında maraqlı mübarizə gedib. Hər iki lider eyni yerə, 35 mandata sahib olublar. Lakin B.Netanyahunu sağ təmayüllü partiyaların bloku müdafiə edir. Bu halda sağların toplam yeri 65 olur ki, bu da B.Netanyahuya hökuməti formalaşdırmağa tam imkan verir. Bu məqamları analiz edən ekspertlər İsraildə siyasi dinamikanı proqnozlaşdırmağa çalışırlar. İrəli sürülən tezislərdə ölkədə faktiki olaraq yeni siyasi mənzərənin yarandığı, bu vəziyyətin İsrailin regional və qlobal geosiyasətdəki yeri və rolu barədə müəyyən proqnozlar verməyə imkan yaratdığı vurğulanır. Həmin aspektdə İsraildəki seçkilərin nəticələrinin təhlili üzərində dayanmağa ehtiyac görürük.

"Generallarla savaş": baş nazirin növbəti qələbəsi

İsrail Knessetinə (parlament) növbədənkənar seçki kifayət qədər gərgin mübarizə şəraitində keçib. Prosesdə 40 partiya və blok iştirak edib. Siyasi baxışlarına görə onlar cəmiyyətin müxtəlif təbəqələrini təmsil edib, ancaq ümumi səviyyədə iki düşərgəyə bölünüblər: sağlar və sollar. Sağların tərkibində də “yenilər”, “ultrasağlar”, “ortodokslar”, “dinçilər” və digər istiqamətlər olub. Eyni qaydada sollar da müxtəlif qruplara bölünüblər. Lakin siyasi-ideoloji düşərgə kimi onların hər biri lazımi səviyyədə təmsil etdikləri siyasi qanadın mənafelərini ifadə edirlər. Ekspertlər bu seçkinin nəticələrini təhlil edərkən həmin məqamlara xüsusi diqqət yetirirlər.

Artıq bilinir ki, hazırkı baş nazir Binyamin Netanyahunun başçılıq etdiyi "Likud" partiyası (həm də sağ seçki bloku) qalib gəlib. Obrazlı olaraq “generallar qrupu” adlanan “Kahol-Lavan” (“Bəyaz-Mavi” – İsrail bayrağının rənglərinə uyğun olaraq adlandırılıb) mərkəzçi bloku da seçkidə 35 mandat qazanıb. Qalan yerləri digər sağ və sol təmayüllü partiyalar tutublar. 8 sağ partiya cəmi 30 yerə sahib olub. Deməli, yekunda B.Netanyahu düşərgəsi 65 yerə malik olur. Knessetdə ümumi yerlərin sayı 120 olduğundan bütövlükdə sağlar 65 deputat yerini qazanmış olurlar. Bu, B.Netanyahuya koalisiya hökuməti yaratmağa imkan verir.

"Qırğı" imicli "Likud" lideri koalisiyanı sağlarla yaratmalıdır. Burada klerikal mövqeli "Şas" (Tövrat Mühafizəkarlar Partiyası, əsasən sefard yəhudilərinin maraqlarını müdafiə edir) 8 mandatla, Birləşmiş Tövrat Yəhudiliyi 8 mandatla, "İhud miflaqot ha-yəmin" bloku 5 mandatla, Aviqdor Libermanın "İsrail – bizim evimiz" partiyası 5 mandatla və "Kulanu" ("Hamımız") 4 mandatla iştirak edə bilər. Artıq yeni hökumətin formalaşdırılması ilə bağlı danışıqlar başlayıb. Onun necə nəticələnəcəyi barədə öncədən konkret fikir bildirmək ekspertlər üçün çətin olsa da, onlar əmindirlər ki, B.Netanyahu buna nail olacaq. Sağlar da yeni hökumətdə təmsil olunmaqda maraqlıdırlar. Bunun səbəbini ekspertlər onların daha çox gələcəyə, postnetanyahu dövrünə hazırlıqlar görməsi ilə izah etməyə çalışırlar. Məsələ ondan ibarətdir ki, B.Netanyahu artıq İsraildə hakimiyyətdə ən çox qalan lider obrazına malikdir. O, bu məsələdə hətta İsrail dövlətinin qurucularından olan David Ben-Qurionu belə arxada qoyub.

Lakin, yuxarıda vurğulanan rəqəmlərdən də göründüyü kimi, bütövlükdə İsraildə daxili siyasi mənzərə elə də sadə deyil. Orada sözün həqiqi mənasında iqtidar-müxalifət qarşıdurması mövcuddur. Maraqlıdır ki, müxalifətdə hazırda ən güclü olan "Kahol-Lavan" siyasi baxışlarına görə "Likud"dan elə də fərqlənmir. Bir neçə ikinci dərəcəli məsələləri çıxmaq şərti ilə onların baxışları eynidir. Məsələn, şənbə gününün iş günü olub-olmaması məsələsində "Likud"la "Kahol-Lavan" arasında fikir ayrılığı var. Əvəzində, Qolan təpələri, Qüdsün paytaxt olması, fələstinlilərlə münasibətlər, Qəzza məsələsi, qanunsuz yəhudi tikililəri kimi prinsipial məsələlərdə onlar arasında fərq yoxdur.

Digər maraqlı məqam ondan ibarətdir ki, "Kahol-Lavan"ın liderləri sırasında keçmişdə orduda yüksək vəzifələr tutmuş generallar üstünlük təşkil edir. Bu blok üç partiyadan ibarətdir. Əsas hissəsini "Eş atid" ("Gələcək var") təşkil edir. Onun başçısı isə ali təhsili olmayan Yair Lapiddir. Bu partiya mərkəzçidir. Digər əsas partiya "Osma le-İsarel" ("Güclü İsrail") partiyasıdır ki, rəhbəri İsrail ordusunun baş qərargahının sabiq rəisi general Beni Hansdır. B.Hans öncədən digər general Moşe Yaalonun (o da keçmiş baş qərargah rəisidir) "Telem" ("Milli dövlət hərəkatı") partiyası ilə birləşmişdi. M.Yaalon "Likud"un üzvü olub və B.Netanyahu hökumətində müdafiə naziri postunu tutub, lakin A.Libermanın "Likud"la koalisiyaya daxil olmasını bildikdən sonra oradan uzaqlaşıb.

"Kahol-Lavan"da başqa bir general Qabi Aşkenazidir. Bu blokun maraqlı cəhətlərindən biri də tərkibində sollar, mərkəzçilər və sağ mərkəzçilərin olmasıdır. Onların sırasında B.Netanyahu hökumətində çalışanlar az deyil. Bu faktor onu göstərir ki, müxalifət cəmiyyətin müxtəlif təbəqələrini birləşdirən ideoloji istiqamətə üstünlük verir. Lakin orada aparıcı rolu sağlar oynayır. Buradan B.Hansın nəyə görə məhz Fransanın Prezidenti Emmanuel Makronla seçki öncəsi görüşməsi aydın olur. İsrailli general Avropaya nümayiş etdirir ki, cəmiyyətin bütün kəsimlərini sağ təmayüllü və populist çalarlı siyasi blokda birləşdirə bilər. E.Makron da Fransada məhz həmin kursun tərəfdarıdır. Deməli, B.Hans görüşün seçkiyə mənfi təsir edə biləcəyini bilə-bilə strateji məqsəd xatirinə bu addımı atıb. Təbii ki, bu, İsraillə avropamərkəzçilər arasında gələcəkdə daha sıx siyasi birlik nümayiş etdirməyə imkan verə bilər. Deməli, "Beni" general kimi strateji addım atıb.

Elektorat və geosiyasi şərtlər: İsrail üçün düşündürücü mənzərə

Vurğulanan özəllik prizmasından "Beni"nin (Beni Hans) iri şəhərlərdə "Bibi"ni (Binyamin Netanyahu) böyük fərqlə arxada qoyması maraq kəsb edir. "Kahol-Lavan" Hayfa və Təl-Əviv kimi şəhərlərdə böyük fərqlə üstünlük qazanıb. "Likud" Qüdsdə və fələstinlilərin raketlə vurduqları şəhərlərdə (Sderot, Beer-Şeva) qalib gəlib. Əyalətlərdə üstünlük "Likud"da olub. Elektoratın bu cür bölgüsü İsrailin gələcək siyasi mühitində mümkün dəyişikliklərdən xəbər verir. Bir sıra ekspertlər hesab edirlər ki, İsrail cəmiyyəti faktiki olaraq iki düşərgəyə bölünüb (bax: məs., Израиль раскололся пополам / "Rosbalt", 10 aprel 2019).

Yuxarıda vurğulanan məqamlar onu göstərir ki, yeni hökumət daxilində rəqabət daha da kəskinləşək. "Kahol-Lavan" növbəti seçkidə üstünlük əldə etmək üçün addımlar ata bilər. Bütün hallarda B.Netanyahu üçün əlverişli siyasi situasiya formalaşır. O, qanunsuz yəhudi məskunlaşmasını qanuniləşdirə bilər. Ekspertlər bunun üçün Donald Trampın yardım edəcəyini təxmin edirlər. Qolan təpələri kimi, həmin ərazinin də İsrailin olmasını Vaşinqton tanıya bilər. Bu isə B.Netanyahuya növbəti siyasi dividend gətirə bilər. Lakin ekspertlər regional və qlobal geosiyasətlə əlaqəli başqa məqamlara da diqqət yönəldirlər.

İsrailli ekspertlər hesab edirlər ki, ABŞ-ın dəstəyinə baxmayaraq, fələstinlilərin işğal edilmiş ərazilərinin İsrail torpaqları kimi tanınması ciddi etirazlara səbəb ola bilər. Hətta Vaşinqtonun ərəb müttəfiqləri belə üz döndərərlər. Məsələn, Misir, İordaniya, Səudiyyə Ərəbistanı. Rusiya və Avropa ölkələri də təbii ki, etiraz edəcəklər. Çinin laqeyd qalmayacağını təxmin etmək olar. Bununla da məsələ BMT Təhlükəsizlik Şurasına çıxa və arzu olunmayan neqativ geosiyasi nəticələr verə bilər (bax: məs., Региональные и международные последствия выборов в Израиле / Valdaiclub.com, 11 aprel 2019).

İran istiqamətində də vəziyyət aydın deyil. Hətta ekspertlər sırasında Qolan yüksəklikləri ilə bağlı Vaşinqtonun qərarının İran və Suriyanın lehinə olduğunu düşünənlər də vardır. Bu, region dövlətlərinə Amerika və İsrailin müsəlmanların düşməni olduğunu daha həvəslə sübut etməyə şans verir. Bu səbəbdən yeni hökumətin həmin istiqamətdəki fəaliyyətinin sonucu barədə qəti söz demək çətindir. Konkret deyilərsə, B.Netanyahu ciddi zərbə ala bilər. Həmin halda Rusiyanın onu müdafiə edəcəyinə inanmırlar. Doğrudur, Vladimir Putin B.Netanyahunun yenidən İsrail hökumətinə başçılıq etməsinə etiraz etməyib. Lakin Moskvanın regionda öz maraqları var və konkret Qolan təpələri məsələsində Kreml Suriyanı müdafiə edir.

Beləliklə, 21-ci çağırış Knesset seçkiləri həm İsrail dövlətinin daxili siyasi mühiti, həm də regional geosiyasətin dinamikası baxımından maraqlı mənzərə ortaya qoyur. Güman etmək olar ki, bu ölkədə siyasi proseslərin məntiqi dəyişə, siyasi qüvvələr arasında mübarizə daha da gərginləşə bilər. Ancaq hər bir halda İsrail Fələstin məsələsində hələ vahid siyasi mövqe nümayiş etdirəcək. Hakimiyyətdə olan hər bir siyasi qüvvə bu məsələdə eyni mövqedədir.

Lakin geosiyasi müstəvidə hansı proseslərin gedəcəyini indidən proqnozlaşdırmaq mümkün deyil. Yaxın Şərqdə İsrailin xeyrinə olmayan geosiyasi mənzərə meydana gələ bilər. Bu ssenaridə B.Netanyahu hökumətinin nə dərəcədə çevik olduğu aydınlaşacaq. Gözləmək lazımdır.

 

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb