İQTİSADİYYAT
"Elektron hökumət" portalı vasitəsilə vətəndaşlara 89 qurum tərəfindən 440 elektron xidmət göstərilir
Bakı, 19 dekabr, Elvira Məmmədova, AZƏRTAC
Elektron xidmətlərin cəmləşdiyi vahid platforma olan "Elektron hökumət" portalı vasitəsilə hazırda 89 qurum tərəfindən vətəndaşlara 440 elektron xidmət göstərilir. Portalın daimi istifadəçilərini sayı 700 mindir.
AZƏRTAC xəbər verir ki, bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dekabrın 19-da Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham Azerbaijan) təşkil etdiyi işgüzar naharda deyib.
Nazir qeyd edib ki, ümumilikdə elektron xidmətlərə müraciət sayı 60 milyonu ötüb.