ELM VƏ TƏHSİL


"HORİZON-2020"də ideyadan layihənin təqdim edilməsinə doğru" metodik vəsaiti dərc olunub

Bakı, 10 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutu tərəfindən Avropa İttifaqının Elmi Tədqiqat və İnnovasiya çərçivə proqramında iştirak etməyi planlaşdıran alimlər üçün "HORİZON-2020"də ideyadan layihənin təqdim edilməsinə doğru" metodik vəsaiti dərc olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, nəşr institutun xarici əlaqələr və innovasiya şöbəsinin müdiri, "HORİZON-2020" proqramının hüquqi və maliyyə aspektləri üzrə milli təmsilçisi, tarix üzrə fəlsəfə doktoru Tofiq Babayev, Xalidə Məlikova, Sevinc Babayeva və Vasif Həsənovun müəllifliyi ilə hazırlanıb.

Metodik vəsaitdə "HORİZON-2020"nin bütün strukturu və tərkib hissələri, çərçivə proqramında tədqiqatçıların və müəssisələrin qeydiyyatdan keçməsi, eləcə də layihələrin yazılması və təqdim edilməsi barədə məlumatlar verilib. Bundan əlavə, "HORİZON-2020"nin müxtəlif istiqamətləri üzrə milli təmsilçilərin siyahısı əksini tapıb.

Nəşrdən "HORİZON-2020"də iştirak etmək istəyən kiçik və orta sahibkarlar, dövlət və qeyri-dövlət təşkilatlarının nümayəndələri də yararlana bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.