İDMAN


"Partizani"nin baş məşqçisi: Rəqibimizin kim olduğunu unutmamalıyıq

Bakı, 11 iyul, Nicat Məmmədov, AZƏRTAC

Oyundan məmnunam. "Partizani" yaxşı çıxış etdi və matçda təhlükəli epizodlar yarada bildik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Albaniyanın "Partizani" klubunun baş məşqçisi Franko Lerda "Qarabağ" ilə oyunu barədə danışarkən deyib.

İtaliyalı mütəxəssis bildirib ki, klubun qalib gəlmək imkanı vardı. Lakin yaranan fürsətlərdən istifadə edə bilmədilər.

İyulun 17-də Bakıda keçiriləcək cavab görüşündə müsbət nəticəyə ümid etdiklərini söyləyən baş məşqçi "Rəqibimizin kim olduğunu unutmamalıyıq", - deyə vurğulayıb.

Qeyd edək ki, "Partizani"-"Qarabağ" matçının cavab görüşü "Dalğa Arena"da keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.