İDMAN


"Qarabağ" klubu UEFA-ya iştirak ərizəsini təqdim edib

Bakı, 19 iyul, AZƏRTAC

Ağdamın "Qarabağ" futbol klubu UEFA Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsində İsrailin "Aşdod" komandası ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, region təmsilçisinin açıqladığı siyahıda 22 futbolçuya yer verilib. Onların 2-i qapıçı, 7-si müdafiəçi, 8-i yarımmüdafiəçi, 6-sı isə hücumçudur.

İştirak ərizəsində qapıçılardan Şahruddin Məhəmmədəliyev, Emil Balayev, müdafiəçilərdən Rahil Məmmədov, Maksim Medvedev, Marko Veşoviç, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Kevin Medina, yarımmüdafiəçilərdən Qara Qarayev, Patrik Andrade, Uroş Matiç, Abdullah Zubir, Xayme Romero, İsmayıl İbrahimli, Filip Ozobiç, Kadi Borqes, hücumçulardan Ramil Şeydayev, Ayhan Arazlı, Musa Qurbanlı, Zamiq Əliyev, Toral Bayramov və Nihad Quliyevin adı yer alıb.

Qeyd edək ki, “Qarabağ”la “Aşdod” arasında ilk matç iyulun 22-si Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Görüş 20:00-da başlayacaq. Cavab oyunu isə iyulun 29-da İsraildə olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.