REGİONLAR
"Trece Company" şirkətinin nümayəndələri ADAU-da olub
Gəncə, 22 yanvar, Rauf Hacıyev, AZƏRTAC
Amerikanın Oklahoma ştatında yerləşən “Trece Company” şirkətinin rəhbəri Bill Linqrenin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov görüşdən məmnunluğunu bildirərək, qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb.
“Trece Company” şirkətinin rəhbəri Bill Linqren kənd təsərrüfatı sahəsində istifadə olunan tutucu (feromon) tələlərin və alətlərin istifadəsi, eyni zamanda, “Trece Company” şirkəti və ADAU ilə əlaqələrin inkişaf etdirilməsi barədə fikirlərini söyləyib.
Daha sonra qonaqlar universitetin Aqronomluq fakültəsində gənc alim və mütəxəssislərlə görüşərək, “Trece Company” şirkəti barədə təqdimat keçiriblər.