SİYASƏT
Abdullah Gül Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi bitərəfliyini itirəcəyi ehtimalının olduğunu söyləmişdir
Ankara, 23 dekabr (AZƏRTAC). Türkiyə Prezidenti Abdullah Gül Fransa parlamentinin qondarma “erməni soyqırmı”nı inkar edənlərin cəzalandırılması haqqında qərarının Senatda da təsdiq olunacağı təqdirdə bu ölkənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədri kimi bitərəfliyini itirəcəyini söyləmişdir.
Türkiyə Prezidenti demişdir ki, Fransa Qafqaza sabitlik gətirmək və xüsusilə Azərbaycan ilə Ermənistan arasında münaqişənin həlli üçün yaradılan ATƏT-in Minsk qrupunun üç həmsədrindən biridir. Bu qanun layihəsi Senatda da təsdiq olunsa, Fransanın bütün vasitəçilik danışıqlarından çəkilməsi lazımdır. Bitərəflik prinsipini rəsmi olaraq pozan və tərəfli olduğunu elan edən rəsmi Parisin bu cür addımı təəssüf doğurur.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara