ELM VƏ TƏHSİL
Abituriyentlər istifadə olunmuş sual kitabçalarını əldə edə bilərlər
Bakı, 19 iyul, AZƏRTAC
İyulun 18-də ali təhsil müəssisələrinin I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş sual kitabçalarını əldə etmək mümkündür.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, imtahanda istifadə olunmuş sual kitabçalarının elektron versiyasını isə abituriyentlər mərkəzin internet səhifəsindən ödəniş etməklə əldə edə bilərlər.
Hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir. Nəticələrin yaxın iki gündə elan olunması nəzərdə tutulur. İmtahan nəticələrini DİM-in internet səhifəsindən və mobil operatorlardan iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olar.
Xatırladaq ki, yaxın günlərdə abituriyentlər, həmçinin müəllimlər, ekspertlər, valideynlər I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının izahını da DİM-in saytından əldə edə biləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [19:26]
“Şumerlərin izi ilə” - elmi seminar
- 30.04.2024 [18:11]
BANM-in tələbəsi eyni vaxtda ABŞ-ın 6 nüfuzlu universitetinə qəbul olub
- 30.04.2024 [18:08]
ASAPES türk dövlətləri üçün təqaüd proqramı elan edib
- 30.04.2024 [17:29]
İqtisadçı ekspert AzMİU tələbələri üçün master-klas keçib
- 30.04.2024 [17:21]
Elm və təhsil naziri “Maarifçi”lərlə görüşüb
- 30.04.2024 [17:14]
BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər
- 30.04.2024 [17:08]