Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun həmsədrləri Cümhuriyyətin 100 illiyi ilə bağlı bəyanatlar veriblər

ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun həmsədrləri Cümhuriyyətin 100 illiyi ilə bağlı bəyanatlar veriblər

Vaşinqton, 7 iyun, AZƏRTAC 

ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun (59 nəfər Konqres üzvü İşçi Qrupda təmsil olunur) həmsədrləri Stiv Kohen (demokrat, Tennesi) və Bil Şuster (respublikaçı, Pensilvaniya) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı bəyanatlar veriblər.

AZƏRTAC-ın məlumatına görə, konqresmen Stiv Kohen bəyanatında Azərbaycanı təbrik edərək bildirir ki, mayın 28-i Azərbaycan xalqının 1918-ci ildə Rusiya imperiyasından müstəqillik əldə edilməsi və Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günü kimi qeyd edilir. Azərbaycanın müstəqilliyinə 1920-ci ildə sovet qoşunları tərəfindən son qoyulsa da, Cümhuriyyət dünyada müsəlman çoxluğa malik ilk dünyəvi, parlamentli demokratik respublika kimi formalaşıb və onun Prezident Vudro Vilson administrasiyası zamanında ABŞ tərəfindən tanınması diqqətəlayiqdir. Cümhuriyyət 1918-ci ildə öz vətəndaşlarını universal seçki hüququ ilə təmin edib, bununla da qadınlara seçki hüququ verən ilk müsəlman dövlət kimi bərqərar olub.

Bəyanatda qeyd olunur ki, Sovet İttifaqı dağılan zaman Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə öz dövlət müstəqilliyini bərpa edib.

Sənəddə diqqətə çatdırılır ki, Azərbaycan qlobal enerji təhlükəsizliyinin artırılmasında əsas rol oynayan dövlət kimi formalaşıb. Xəzər dənizindən başlamaqla, Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniyadan keçməklə İtaliyaya çəkilən Cənub Qaz Dəhlizinin yekunlaşması və Xəzər dənizindən Avropa bazarlarına təbii qazın həcminin çoxalması ilə ABŞ-ın əsas müttəfiqlərinin enerji təhlükəsizliyi artacaq.

Bəyanatda bununla yanaşı, Azərbaycanın İsrailin neft istehlakının təqribən 40 faizini qarşıladığı və İsraillə dost münasibətlərə malik olduğu bildirilir. Yəhudilərin heç bir əngəl olmadan əsrlərboyu Azərbaycanda yaşadıqları, Azərbaycanın yəhudi icmasının sayının 12000 nəfər təşkil etdiyi qeyd olunur. Azərbaycanın, həmçinin Xristian icmasının da evi olduğu və ölkənin Avropa Parlamenti tərəfindən dini tolerantlığa görə təqdir olunduğu barədə bəyanatda məlumat verilir.

Konqres üzvü Stiv Kohen diqqətə çatdırır ki, Azərbaycan ABŞ-ın əsas qlobal təhlükəsizlik tərəfdaşıdır. NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramının fəal üzvü kimi, Azərbaycan terrorizmə, narkotiklərə qarşı mübarizə, nüvə silahlarının yayılmaması sahələrində ABŞ ilə əməkdaşlıq edir. Azərbaycan əsgərləri əvvəllər Kosovo və İraqda olduğu kimi, hazırda Əfqanıstanda ABŞ əsgərləri ilə çiyin-çiyinə xidmət edir. Azərbaycan öz hava məkanında ABŞ və NATO-nun mühüm uçuşlar həyata keçirməsinə, ABŞ və NATO qüvvələrinin təminatı üçün istifadə edilməsinə imkan yaradıb.

Bəyanatın sonunda ABŞ və Azərbaycan arasında tərəfdaşlığın inkişafı və hər iki xalqa fayda verməsi arzu olunur.

ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun digər həmsədri Bil Şuster də eyni gündə bəyanatla çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təbriklərini çatdırıb.

Bəyanatda bildirilir ki, Azərbaycan 1918-ci ildə Rusiya imperiyasından müstəqilliyini elan edəndən sonra etnik mənsubiyyətindən, dinindən və cinsindən asılı olmayaraq, öz sərhədləri daxilində bütün vətəndaş hüquqlarını və siyasi hüquqları təmin edərək yeni dövlətlər üçün nümunə olub. ABŞ həm 1918-ci ildə, həm də 90-cı illərin əvvəllərində Azərbaycanın dövlət müstəqilliyini tanıyıb və dəstəkləyib. O zamandan etibarən Azərbaycanın ABŞ-ın müttəfiqi və tərəfdaşı olduğu, xüsusilə 11 sentyabr terror hücumlarından sonra ona hərtərəfli və qeyd-şərtsiz dəstək verən ilk ölkələr arasında olduğu bəyanatda diqqətə çatdırılır. Qeyd olunur ki, Azərbaycan Əfqanıstanda terrorizmə qarşı qlobal mübarizə səylərini dəstəkləyir, öz hava məkanından NATO təyyarələrinin Əfqanıstana uçuşuna və quru ərazisindən qeyri-hərbi yüklərin keçirilməsinə şərait yaradır. Azərbaycan İsraillə güclü əlaqələr yaratmış ölkələrdən biridir. Bu, Azərbaycanın təkcə ABŞ-la deyil, onun müttəfiqləri ilə də münasibətlər saxlamasını, Azərbaycanın davamlı şəkildə demokratik dövlətlərlə sadiq və yaxın dost münasibətlər üzrə öhdəliyini qorumasını nümayiş etdirir.

Bəyanatda o da bildirilir ki, Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin edilməsində liderliyini davam etdirir. Cənub Qaz Dəhlizi Xəzər dənizinin təbii qaz ehtiyatlarının Avropa bazarına çıxmasına və Avropa ölkələrinin enerji ehtiyatlarının diversifikasiyasına imkan verəcək. Bu, regionda enerji təhlükəsizliyinin təmin edilməsi və ABŞ, habelə onun müttəfiqlərinin qlobal ticarət imkanlarının artırılması üçün vacibdir.

Bəyanatın sonunda davamlı tərəfdaşlığa və dostluğa görə Azərbaycana təşəkkür bildirilir və Cümhuriyyətin 100 illiyi münasibətilə Konqresin digər üzvləri təbriklərə qoşulmağa çağırılır.

Xatırladaq ki, iyunun 5-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə ölkəmizin ABŞ-dakı səfirliyi tərəfindən təşkil edilmiş rəsmi tədbirdə mindən çox iştirakçı qarşısında çıxış edən Konqresmen Bil Şuster sözügedən bəyanatdakı məqamları bir daha diqqətə çatdırıb və ABŞ-Azərbaycan münasibətlərinin əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, Cümhuriyyətin 100 illiyi münasibətilə indiyə qədər ABŞ Konqresində Senatın bir, Nümayəndələr Palatasının isə yeddi üzvü bəyanatlar verib.

 

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hava çirkliliyini yanacağa çevirən cihaz hazırlanıb

“Diplomatic World Sweden” saytında Konstitusiya və Suverenlik İlinə həsr edilmiş məqalə dərc olunub

Olaf Şolts və Fridrix Merts eyni hökumətdə yer almaq istəmirlər

Görmə illüziyalarının neyrobioloji əsasları məlum olub

Gürcüstanın Cinayət Məcəlləsinə yeni əlavələr ediləcək

Qazaxıstanda şaxtanın çökməsi ilə bağlı xüsusi komissiya yaradılıb

Belarus Milli Assambleyası Respublika Şurasının sədri Azərbaycana səfərə gəlib

Niderlandda Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert olub

İspaniya La Liqasında XXIV turun son oyunu keçirilib

ABŞ-a məxsus sərnişin təyyarəsi Torontoda qəzaya uğrayıb

“HaberGlobal” telekanalı: Azərbaycan və Türkiyə liderləri təxribatlara qarşı uğurlu mübarizə aparırlar

Avrozonanın xarici ticarət balansında profisit yaranıb

ABŞ-nin Kentukki ştatında fırtınadan ölənlərin sayı 11-ə çatıb

"Qalatasaray" derbi qabağı çətin qələbə qazanıb

Qazaxıstanda mədəndə yeddi nəfər dağıntılar altında qalıb

Baş nazir Əli Əsədov İranın Birinci vitse-prezidenti ilə görüşüb

Azərbaycanla Özbəkistan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa dair Yol xəritəsi imzalanıb

Azərbaycan silahları “IDEX-2025” sərgisində nümayiş olunur

OANA-nın növbəti Baş Assambleyasının keçiriləcəyi yer və tarix məlum olub

Misli Premyer Liqası: “Səbail” - “Sabah” oyununda qapılara qol vurulmayıb

Səfir Yaşar Əliyev etimadnaməsini Çexiya Prezidentinə təqdim edib

BDU ilə Türkiyənin Kırşehir Ahi Evran Universiteti əməkdaşlıq edəcək

Rusiya və ABŞ nümayəndələri əməkdaşlıq, Ukraynada vəziyyət və prezidentlərin görüşü məsələlərini müzakirə edəcəklər

Omanın Şura Məclisinin sədri: Asiya Parlament Assambleyasının Bakı sessiyası təşkilatın gələcək fəaliyyətinə mühüm töhfələr verəcək

Almaniya şəhərləri artan xərclər və zəif iqtisadiyyat səbəbindən çətinliklərlə üzləşib ARAŞDIRMA

Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işinin məhkəmə baxışı davam etdirilib VİDEO

Ukrayna Prezidenti sabah Türkiyəyə rəsmi səfər edəcək

Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” əsərinin ərəb dilində nəşrinin təqdimatı keçirilib

Asiya İnkişaf Bankı ilə dövlət-özəl tərəfdaşlığı layihələrinə dair təkliflər müzakirə olunub

47 dövlət qurumu nəticəəsaslı büdcə mexanizminin tətbiqi potensialının gücləndirilməsi təlimlərinə cəlb edilib

Ötən il Azərbaycanda 50 minə yaxın cütlük nikaha daxil olub

Qazaxıstan və Macarıstan “Dostluq” boru kəməri ilə neftin sınaq nəqlinə dair razılığa gəlib

AMEA-da Qazaxıstan parlamentinin deputatları ilə görüş olub

Ötən il Azərbaycanda 100 mindən çox körpə doğulub

ADPU-da magistrantların təcrübə prosesinə start verilib

Azərbaycan mobil internetin sürətinə görə bir pillə irəliləyib

Daha bir neçə avtobus marşrutları üzrə müsabiqələrin qalibləri açıqlanıb

İranın vitse-prezidenti: Xəzər regionu Asiya və Avropa dövlətləri üçün mühüm əhəmiyyət daşıyır

Baş nazir Əli Əsədov İrana işgüzar səfər edib

Bu ilin yanvar ayında yük və sərnişindaşımaların həcmi artıb

® “Azercell” qadınların təhsil imkanlarını genişləndirən layihəyə dəstək olub

Azərbaycanda əhalinin sayı açıqlanıb

Ötən ay Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsi 5 milyard dolları ötüb

Beynəlxalq İnformatika Olimpiadasının və SASMO-nun prezidentləri MEK-lə tanış olublar

Şair-qəzəlxan Əliağa Vahidin 130 illiyi qeyd olunub

Ədəbiyyat Muzeyində Beynəlxalq Ana Dili Gününə həsr olunan ədəbi-musiqili tədbir keçirilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 10 medalla başa vurublar

Premyer Liqa: “Kəpəz” – “Şamaxı” matçında heç-heçə qeydə alınıb

ADAU ilə Kırşehir Ahi Evran Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Xocavənd sakini: Qaradağlı faciəsi qurbanlarının qisası alınıb

Probasiya məmurları üçün silsilə təlimlərə başlanılıb

Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib

Kiyev və Əbu-Dabi ukraynalıların Rusiya əsirliyindən geri qaytarılmasını müzakirə ediblər

Paytaxtın dörd rayonunda təbiətə 131 min manatdan çox ziyan vurulub

Dövlət Əmək Müfəttişliyi Xidməti növbəti beynəlxalq müsabiqədə mükafata layiq görülüb

UNEC ilə Türkiyənin Kırşehir Ahi Evran Universiteti arasında memorandum imzalanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AMEA-da sinqapurlu alimlərlə görüş olub

Məktəb psixoloqları da sertifikatlaşdırma prosesinə cəlb olunmalıdır - ekspert

Donald Trampın qələbəsi Macarıstanda iqtisadçıları ruhlandırıb

Çimərlik voleybolu üzrə Azərbaycan millisi beynəlxalq turnirdə gümüş medal qazanıb

A.M.Qasımovun Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan yığmasının yeni baş məşqçisi: Hədəfimiz qadın boksunun inkişafına töhfə verməkdir

Naxçıvan Dövlət Universitetində yaz semestrinin ilk dərslərini şəhid ailələri və qazilər tədris edib

Azərbaycan Universitetində magistratura proqramlarının hazırlanmasına dair müzakirə aparılıb

“Nağıllar aləmində” yenidən səhnədə

Millinin baş məşqçisi: İranla matçda komandamız istədiyimizi ortaya qoya bildi

BMU-da Respublika Fənn Olimpiadasının yarımfinal mərhələsi keçirilib

Naxçıvanda qeydiyyata alınan VÖEN sayı 6,7 faiz artıb

İnternet informasiya resurslarında qumar oyunları təşkil edənlər məsuliyyətə cəlb olunub

Qaradağlı faciəsinin şahidi: O dəhşətli günlər yaddaşımdan heç zaman silinməyəcək

Əfqanıstanda 170 cütlük kütləvi toy mərasimi keçirib

® “NEQSOL Holding” Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında

Rəssam Milena Nəbiyeva: Ornamentlər Azərbaycan xalqının özünəməxsus müqəddəs yaddaşıdır

Ankarada 3,5 maqnitudalı zəlzələ olub

Azərbaycanla Tacikistan arasında fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

Horadiz-Ağbənd dəmiryol xəttində ikinci tunelin qazma işləri yekunlaşıb

Vergi xidmətinin 25 illiyi qeyd edilib

Ötən il gəmi-bərələrlə daşınan sərnişin sayı 20 faiz artıb

ANAMA: Ötən həftə 935,6 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

BANM müəllimləri Bolqarıstanda mühazirələr oxuyacaqlar

Koçaryan: Ermənistanı Avropa İttifaqında heç kim gözləmir

ADU və Portsmut Universitetindən magistrlərə ikili diplom imkanı

Üzeyir Hacıbəylinin 140 illik yubileyi ilə əlaqədar Özbəkistanda konsert təşkil olunacaq

Sahibə Qafarova: Azərbaycan və Belarus parlamentləri beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edir

Mühəndislikdə müasir texnologiyalar, süni intellekt və beynəlxalq elmi əməkdaşlıq müzakirə olunub

“Beşiktaş” kapitanı ilə müqavilənin müddətini uzadıb

İranlı nazir: Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əvvəli Bəndər Abbas limanı, şimal nöqtəsi isə Astaradır

“İrşad” elektronika mağazaları şəbəkələri arasında Azərbaycanın ən çox vergi ödəyən şirkəti olub

Türkiyənin hakim partiyası qarşıdakı illər üçün prioritetləri müəyyənləşdirəcək

Qaradağlı faciəsi qurbanlarının xatirəsi anılıb VİDEO

Etnadakı aktivlik hava nəqliyyatına mənfi təsir göstərib

Elm Fondu 2025-ci il üzrə Gənc Alim və Tədqiqatçıların 9-cu qrant müsabiqəsini elan edir

Nəsirəddin Tusi irsinə həsr olunmuş tədbir keçirilib

Vyanada ATƏT Parlament Assambleyasının 24-cü qış sessiyası keçiriləcək

Naxçıvanda Vergi ödəyicilərinə xidmət mərkəzlərində göstərilən xidmətlərin sayı artıb

Media: Trampın ticarət siyasəti qızılı ən perspektivli aktivə çevirib

Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitələr məhv edilib

Misirdə binanın çökməsi nəticəsində 10 nəfər ölüb, 8 nəfər yaralanıb

Azərbaycanlı futbolçu “Real Madrid”in ulduzunu öz kumiri hesab edir - MÜSAHİBƏ