Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Abşeron” yatağında hasilata başlanılması ölkəmizin iqtisadi potensialının gücləndirilməsinə mühüm töhfədir

“Abşeron” yatağında hasilata başlanılması ölkəmizin iqtisadi potensialının gücləndirilməsinə mühüm töhfədir

Bakı, 1 sentyabr, AZƏRTAC

Azərbaycan tarixən neft ölkəsi kimi tanınıb. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev neft sənayesini iqtisadiyyatın onurğa sütunu kimi dəyərləndirərək ölkəmizin bu sahədə malik olduğu imkanlardan səmərəli istifadəsini, dünya iqtisadi sisteminə inteqrasiyasını təmin etmək məqsədilə 1994-cü il 20 sentyabr tarixində “Əsrin müqaviləsi” kimi tarixə yazılan neft sazişini imzaladı. Bununla da ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsi üçün böyük imkanlar yarandı. Ulu Öndər dünya təcrübəsinə istinadən bu çağırışı edirdi ki, heç bir ölkə təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Əməkdaşlığın bu gün regional çərçivədən çıxaraq beynəlxalq miqyas alması, Azərbaycanın neft ölkəsi olmaqla yanaşı, qaz, elektrik enerjisi ixracatçısı kimi nüfuz qazanması da iqtisadiyyatın düzgün əsaslar üzərində qurulmasına əsaslanır. “Əsrin müqaviləsi” Azərbaycanın hazırda beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi nüfuz qazanmasında öz sözünü dedi. Məhz 2017-ci ildə “Əsrin müqaviləsi”nin davamı olaraq “Yeni əsrin müqaviləsi”nin imzalanması, həmçinin bundan öncə 2014-cü ildə çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizi layihəsinin təməlinin qoyulması görülən işlərin zirvəsində dayanır. Azərbaycan hədəflərə zamanında nail olmaqla yeni layihələrin gündəmə gətirilməsində iştirakçı və təşəbbüsçü tərəf kimi çıxış edir. 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı, həmin ilin iyun ayında TANAP-ın, 2020-ci ilin sonunda, dekabrın 31-də TAP-ın istifadəyə verilməsi Azərbaycanın enerji diplomatiyasının uğurlarıdır. Hər bir layihənin uğurla başa çatmasında ölkəmizin malik olduğu potensial əhəmiyyətli rol oynayır. Bu fikir beynəlxalq səviyyədə də qeyd edilir ki, Azərbaycan təşəbbüsləri gerçəkliyə çevirən, etibarlı və arzuolunan tərəfdaşdır. Cənub Qaz Dəhlizi layihəsində iştirak edən ölkələrin coğrafiyasının genişləndirilməsi məsələsinin gunümüzün əsas müzakirə mövzuları sırasında olması da Azərbaycana olan inamın və etimadın göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

O, diqqəti avqustun 31-də Azərbaycan üçün tarixi əhəmiyyətə malik olan tədbir - "Abşeron" qaz-kondensat yatağından ilk qazın verilməsi mərasiminin keçirilməsinə yönəldərək vurğulayıb ki, yatağın fəaliyyəti ölkəmizin enerji potensialının reallaşdırılmasına, Azərbaycan qazının beynəlxalq bazarlara çatdırılmasına və ölkəmizin iqtisadi potensialının gücləndirilməsinə mühüm töhfələr verəcək. Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolu artır. Mərasimdə SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağında hasilata başlanılmasının ölkəmiz və layihədə iştirak edən şirkətlər üçün mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğuladı.

Baş redaktor onu da bildirib ki, Azərbaycan öz neft-qaz strategiyasında önəmli hadisəyə imza atır. Bu mühüm hadisələr Azərbaycanın hansı potensiala malik olduğunu dünyaya nümayiş etdirir. Bu mühüm məqam da xüsusi qeyd edilir ki, ilk dəfə “Abşeron” qaz yatağı üzrə xarici tərəfdaşlarla kontrakt hələ 1990-cı illərin sonlarında imzalanmışdır. Bu yataqla bağlı böyük ümidlər olub. “Abşeron” yatağı üzrə kontrakt “Şahdəniz” qaz-kondensat yatağı üzrə kontraktdan sonra imzalanıb. Bu, Azərbaycanın artıq neft ölkəsindən qaz ölkəsinə keçidinin təsdiqidir. “Abşeron” yatağında 350-360 milyard kubmetr qaz ehtiyatı vardır. Prezident İlham Əliyev bu ehtiyatın daha çox ola biləcəyini, Azərbaycanın bundan sonra da etibarlı qaz təchizatçısı kimi nüfuz qazanacağını bildirmişdir. Ümumilikdə ölkəmizin aparıcı dünya dövlətləri ilə ikitərəfli, eyni zamanda, çoxtərəfli əməkdaşlığında enerji əsas faktordur. Azərbaycan təbii qazını dünya bazarlarına çıxarır. Həcm artır, coğrafiya genişlənir. Azərbaycanın qaz gəlirlərinin neft gəlirlərini üstələməsi artıq reallıqdır.

Vüqar Rəhimzadə ölkəmizin enerji sektorunda baş verən bu mühüm hadisənin “Heydər Əliyev İli” çərçivəsində tədbirlərin geniş miqyas aldığı bir dövrə təsadüf etməsindən böyük qürur hissi keçirdiyini önə çəkərək qeyd edib ki, Ümummilli Liderin müəllifi olduğu neft strategiyası Azərbaycana davamlı uğurlar qazandırır. Bu gün ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dünyanın enerji xəritəsinin yenidən tərtib olunmasında əhəmiyyətli rol oynayır. Vaxtilə çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin davamı olaraq reallığa çevrilən TANAP, TAP layihələri, ümumilikdə Cənub Qaz Dəhlizinin tam tərkibdə istifadəyə verilməsi bu ümumiləşdirməni aparmağa əsas verir ki, “Əsrin müqaviləsi” olmasaydı, bu gün ölkəmizin iqtisadi sahədə, eyni zamanda, beynəlxalq münasibətlər sistemində vəziyyətini düşünmək çətin deyildi. Bu saziş Azərbanycana böyük inam yaratdı.

Baş redaktor neft strategiyasının reallığa çevrilməsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin öz payı olduğunu önə çəkərək onu da bildirib ki, enerji diplomatiyamızın uğurları SOCAR-ın da artan nüfuzuna işıq salır. Tədbirdə SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın enerji sahəsində uğurlu əməkdaşlıq əlaqələrinin ölkəmizi beynəlxalq miqyasda etibarlı tərəfdaşa çevirdiyini xüsusi vurğulayaraq, bu ilin avqustun 4-də SOCAR, “TotalEnergies” və ADNOC şirkətləri arasında “Abşeron” qaz-kondensat yatağında 30 faiz iştirak payının satışı ilə bağlı imzalanan sənədin Azərbaycanda yaradılan əlverişli investisiya mühitinin növbəti təzahürü olduğunu bildirdi. SOCAR-ın prezidenti Rövşən Nəcəf “Abşeron” qaz-kondensat yatağının ölkəmizin hasilat potensialının artırılmasına və beynəlxalq mövqelərinin gücləndirilməsinə dəyərli töhfə verəcəyinə əminliyini ifadə etdi.

Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, enerji sektorunda qazanılan uğurlar həm ölkəmizin, həm də SOCAR-ın qarşısında geniş imkanlar açır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İmişlidə keçirilən regional müşavirədə yanğın təhlükəsizliyi müzakirə olunub

Volodimir Zelenski: Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir

Heydər Əliyev Mərkəzində konsert - Puççiniyə ithaf

Yağıntılı hava ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Azərbaycanın daha bir gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

İtaliyanın xəbər agentliyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan yazıb

Mixail Brızqalov: Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi və Rusiyanın Musiqi Muzeyi birgə sərgilər təşkil edəcək

Basketbol Liqası: "Sərhədçi" seriyanı bərabərləşdirib

Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı marafonunda birlikdə iştirak edəcəklər

Monteneqro və Azərbaycan Gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb

ADPU-nun Quba filialında Azərbaycan–Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi fəaliyyətə başlayıb

"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib

İƏT-in Aİ-dəki keçmiş daimi müşahidəçisi Azərbaycanın dinlərarası dialoqun qurulmasında təşəbbüskarlığını yüksək qiymətləndirib

Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini ölkəmizlə bölüşməyə hazırdır

YAP Həmkarlar İttifaqı Komitəsinin hesabat yığıncağı keçirilib

Andrey Kondraşov: Bir çox ölkələr və təşkilatlar MDB ölkələrinin yaxınlaşmasını istəmirlər VİDEO

Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkəmizdə səfərdə olan dini liderlərlə görüşüb

Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub VİDEO

Bioelektrik siqnal şəbəkəsinin formalaşmasının molekulyar-struktur əsasları - elmi seminar

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dual peşə təhsil proqramı çərçivəsində dəyirmi masa təşkil edilib

Ekspert: Yeni tariflər elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmada sui-istifadə hallarının qarşısının alınmasına öz töhfəsini verəcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib

Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir

Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var

"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilib  YENİLƏNİB

® “Kapital Bank”ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi edib

AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub

Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub

Elm və Təhsil Nazirliyi ilə NAFSA arasında əməkdaşlıq imkanları müzakirə edilib

® “Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!

BDU-da QS beynəlxalq reytinq agentliyinin regional direktoru ilə görüş

Albaniyalı akademik Azərbaycandakı dinlərarası harmoniya barədə məlumatlandırılıb

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri üzrə qiymətlər müəyyənləşdirilib

ADNSU ilə Daşkənd Kimya Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb

Azərbaycan-Rusiya əməkdaşlığının nəqliyyat sahəsindəki inkişaf perspektivləri müzakirə olunub

Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə də elektron qaydada pensiya təyin olunacaq

Türkiyənin “Mədəniyyət yolu” festivalında Azərbaycanın iştirakı müzakirə edilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib

“Heydər Əliyev və milli mədəniyyət strategiyası” - tələbə-şagird konfransı

Amerika din xadimləri ilə görüşdə Azərbaycandakı tolerantlıq mühiti diqqət mərkəzində olub

Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib

Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında

Türkiyə-Azərbaycan Universiteti növbəti tədris ilində tələbə qəbuluna başlayacaq

Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır

® “GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcək

Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib

“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1063-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Lənkəranda vətəndaşların müraciətlərini dinləyib

San-Tome və Prinsipi ada dövləti Portuqaliyanın müstəmləkəçilik təzminatının ödənilməsi haqqında plan hazırlayır

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 avqust tarixli 359 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Malayziyalı parlamentarilər Füzuli və Şuşa şəhərlərində olublar

UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar tələbə konfransı keçirilib

Naxçıvan Dövlət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 dekabr tarixli 447 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası ərazisində dövlət  mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyi: 49 müəssisədə nöqsanlar aşkarlanıb

“Gələcək üçün bacarıqlar” layihəsinin növbəti inkubasiya proqramı təqdim olunub

“Vagaclub”un üzvü: Laçında gələcəkdə dağ alpinizminin inkişafı üçün əlverişli şərait var

Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyi bir sıra tədbirlərlə qeyd ediləcək

Rusiya və Tacikistan prezidentləri terrorizmə qarşı mübarizə məsələlərini müzakirə ediblər

Biləcəri qəsəbəsində qablaşdırılmış içməli su emalı müəssisəsində istehsal dayandırılıb

Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var

Alister Çarlz: İnanıram ki, Bakı Forumunda aparılan müzakirələr dünyada sülhün təmin olunmasına töhfə verəcək

Filippin parlamentinin komitə sədri Milli Məclisdə olub

Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib VİDEO

Botanik alimlər Azərbaycanda yayılmış “Artemisia” cinsi növlərini tədqiq ediblər

AIPA-nın Baş katibinə Azərbaycanda qadın hüquqlarının tarixi barədə məlumat verilib

Azərbaycanın U-19 yığması İrlandiya, İslandiya və Moldova ilə eyni qrupa düşüb

Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb

Elm və Təhsil Nazirliyi “Times Higher Education” ilə əməkdaşlığa başlayır

Kanada millisində çalışan azərbaycanlı məşqçi: Gimnastlarımı öz Vətənimdə keçirilən yarışa hazırlamaq qürurvericidir

Hərbi bilik yarışının qalibləri mükafatlandırılıblar

Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir

AzMİU-nun əməkdaşları bölgələrdə yuxarı sinif şagirdləri ilə görüşüblər

Dini konfessiyaların nümayəndələri Suqovuşan və Talışdakı Alban məbədlərini ziyarət ediblər VİDEO

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikasının Qanunu

Tələbə yoldaşlarımla birlikdə öyrənmək və biliklərimi onlarla bölüşmək qürurvericidir – peşə təhsili alan sahibkar

Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İstanbuldakı lisenziya turnirinə qatılacaq Azərbaycan güləşçiləri dəqiqləşib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilib YENİLƏNİB

® İrşad müştərilərinə 5 milyon manatdan çox bonus qazandırdı

Alimlər piylənmənin yeni səbəbini tapıblar - Tədqiqat

Yunus Əmrə İnstitutunda "Turan yolu-Zəngəzurum" adlı əsərin təqdimatı olub

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan-Avstraliya Dostluq Qrupunun həmsədri ilə görüş keçirilib

Forum iştirakçısı: COP29-un Bakıda keçirilməsi Azərbaycanın yaşıl enerji imkanlarını nümayiş etdirməsi üçün əla fürsətdir

SOCAR: Şirkətin fəaliyyətində və strukturunda müəyyən dəyişikliklər nəzərdə tutulub

Moskvada Azərbaycan və Rusiya Baş nazirləri müavinlərinin görüşü keçirilib

Forum iştirakçıları Ağdamın dağıdılmış abidələrini ziyarət ediblər

“Bilişim Vadisi”nin direktoru: Azərbaycanın texnologiya ölkəsinə çevrilməsində dəstəyi davam etdirəcəyik

Konstitusiya Məhkəməsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib

Baş prokuror Tərtər rayonunda 71 vətəndaşın müraciətini dinləyib

AQTİ-nin mütəxəssisləri Şabran rayonunda təlim, məsləhət və qiymətləndirmə xidmətləri həyata keçirib

® “PAŞA Holding”in dəstəyilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək

Norveçli səyyah: Azad olunmuş əraziləri ziyarət etmək bizim üçün çox maraqlı oldu VİDEO

Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb

İcraçı direktor: Azərbaycan dilində süni intellektin yaradılması üzrə işlər davam etdirilir

Macarıstan hökuməti Budapeştin UEFA Çempionlar Liqasının finalına ev sahibliyi etməsini dəstəkləyir