ELM VƏ TƏHSİL
ADPU-da “Musiqili dəqiqələr” layihəsinin ilk dərsi
Bakı, 13 mart, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri Tələbə Birliyinin (ADPU TKTB) tərkibində fəaliyyət göstərən Musiqi dərnəyinin “Musiqili dəqiqələr” layihəsinin ilk dərsi keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, dərsdə musiqi nəzəriyyəsi, piano aləti haqqında ümumi məlumat verilib, “Not nədir, notu necə müəyyən etmək olar?” kimi mövzular ətrafında müzakirələr aparılıb, daha sonra tələbələrlə birlikdə pianoda kiçik melodiyalar ifa edilib.
“Tələbənin tələbəyə dəstəyi” prinsipi əsasında təşkil olunan layihədə musiqi dərsləri universitetin tələbəsi İlahə Əliyeva tərəfindən keçirilib.
İştirakçılar dərsi maraqla qarşılayıb.