REGİONLAR
Ağdamda heyvandarlıq məhsullarının istehsalı artıb
Ağdam, 22 aprel, AZƏRTAC
Ağdam rayonunda mal-qaranın baş sayı və heyvandarlıq məhsullarının istehsalı artıb.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, təsərrüfatlarda iribuynuzlu mal-qaranın baş sayı 40 min 717 başa, qoyun və keçilərin sayı 105 min 358 başa çatıb. Ötən ilin eyni dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 3,2 faiz, o cümlədən inək və camışlar 3,3 faiz artıb.
İlin birinci rübündə təsərrüfatlarda 1040,7 ton ət, 8572,3 ton süd, 2312 min ədəd yumurta istehsal edilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 1,2 faiz, süd istehsalı 2,1 faiz, yumurta istehsalı 0,2 faiz çox olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]