ELM VƏ TƏHSİL
Ağstafada məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər görülür
Ağstafa, 10 sentyabr (AZƏRTAC). Ağstafa rayonunda məktəblərin yeni dərs ilinə hazırlığı çərçivəsində təhsil ocaqlarının maddi-texniki bazasının yaxşılaşdırılması, inventar və avadanlıqla təchizi məqsədi ilə ardıcıl tədbirlər həyata keçirilir.
Rayon təhsil şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, yeni dərs ili ərəfəsində məktəblərə 100 stol, 10 kondisioner, 14 televizor, 35 şahmat stolu, 29 kompyuter dəsti, 105 şkaf və sair adda avadanlıq alınmışdır. Bundan əlavə, rayona 14474 dərslik gətirilmişdir və hazırda məktəblərə paylanılır.