DÜNYA
Aleksandr Vuçiç: Serbiya Monteneqro ilə münasibətlərini yenidən qurmaq istəyir
![Aleksandr Vuçiç: Serbiya Monteneqro ilə münasibətlərini yenidən qurmaq istəyir](/files/2022/2/1200x630/16549415543503213768_1200x630.jpg)
Belqrad, 11 iyun, AZƏRTAC
Serbiya Monteneqro ilə münasibətlərini yenidən qurmaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
O, Serbiya və Monteneqro arasında münasibətlərin “sıfırlamasının” vacibliyini qeyd edib və bundan hər iki ölkənin vətəndaşlarının faydalanacağını bildirib.
Monteneqronun Baş naziri Dritan Abazoviçin iyunun 29-da Serbiyaya rəsmi səfər edəcəyini deyən Aleksandr Vuçiç özünün də rəsmi və ya qeyri-rəsmi formada Monteneqroya səfər edəcəyini açıqlayıb.
Serbiyaya Monteneqro qədər yaxın ölkə olmadığını vurğulayan A.Vuçiç qarşıdan gələn qışın hər iki ölkə üçün çətin keçəcəyini və ölkələrin bir-birlərinə yardım edərək bu çətin dövrü daha asan keçəcəklərini ümidvar olduğunu qeyd edib.
Serbiya Prezidenti deyib ki, iki ölkə münasibətləri yenidən bərpa etdikdən sonra bu əlaqələr qarşılıqlı hörmət şəklində qurulmalıdır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad