SİYASƏT
ALİ MƏKTƏBLƏR ÜÇÜN “BEYNƏLXALQ HÜQUQDA FƏXRİ KONSUL İNSTİTUTU” DƏRSLİYİNİN TƏQDİMATI OLACAQDIR
Bakı, 8 yanvar (AZƏRTAC). Yanvarın 11-də Azərbaycan Diplomatik Akademiyasında ali məktəblər üçün yeni “Beynəlxalq hüquqda fəxri konsul institutu” dərsliyinin təqdimatı olacaqdır.
Ölkəmizin xarici siyasət idarəsinin əməkdaşları Əlimirzamin Əsgərov və Pərvin Məmmədovanın müəllifləri olduğu tədris vəsaitinin təqdimatı Azərbaycanın diplomatik xidmətinin 90 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində keçiriləcəkdir.
Azərbaycan xarici işlər nazirinin müavini Vaqif Sadıqov yubiley tədbirlərinin yekunu barədə nitq söyləyəcəkdir.