“ALMAN DİLLİ ƏDƏBİYYAT ÜZRƏ NOBEL MÜKAFATÇILARI – 1945-Cİ İLDƏN SONRA” MÖVZUSUNDA KİTAB VƏ FOTO SƏRGİSİ KEÇİRİLMİŞDİR
Bakı, 3 dekabr (AZƏRTAC). Dekabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Mərkəzi Elmi Kitabxananın və Almaniyanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə “Alman dilli ədəbiyyat üzrə Nobel mükafatçıları - 1945-ci ildən sonra” adlı kitab və foto sərgisi keçirilmişdir.
Almaniyanın Azərbaycandakı səfiri Per Kristofer Stançina tədbirin əhəmiyyətindən danışmış, bu cür mərasimlərin daim təşkil olunmasının vacibliyini vurğulamışdır.
Diplomat bildirmişdir ki, Nobel mükafatı ilə bağlı 1945-ci ildən alman ədəbiyyatı üçün yeni tələb qoyulmuşdur. Belə ki, əsərləri yazan yazıçılar novator olmalı, öz yaradıcılıq nümunələri ilə yeni yol göstərməlidirlər.
Sərgidə alman dilli mükafatçılardan Herman Hessenin, Nelli Zaksın, Elyas Kanettin və başqalarının müxtəlif dillərdə kitabları və fotoları nümayiş olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]