DÜNYA
Almaniya Ukraynaya ən müasir hava hücumundan müdafiə sistemləri verəcək
Kiyev, 23 avqust, AZƏRTAC
Almaniya ən son IRIS-T hava hücumundan müdafiə sistemlərini yaxın həftələrdə Ukrayna ordusuna təhvil verməyi planlaşdırır.
AZƏRTAC Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok brifinq zamanı məlumat verib.
Qeyd etmək lazımdır ki, əvvəllər Almaniyada yeni hava hücumundan müdafiə sistemlərini payızdan tez olmayaraq verməyi planlaşdırırdılar, lakin indi tədarük proqnozu dəyişib.
Xatırladaq ki, IRIS-T SLM zenit-raket kompleksi ən son orta mənzilli hava hücumundan müdafiə sistemidir. Bu kompleks üçün IRIS-T raketləri təkmilləşdirilmişdir - mühərrik gücü artırılmış və təyinat başlığı radarla əvəz edilmişdir. Kompleksin hədəfi müəyyən etmək üçün əməliyyat məsafəsi 250 kilometrdir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev