Almaniyalı mütəxəssislər BSU-nun Məktəb-Lisey Kompleksində olmuşlar
Bakı, 19 oktyabr (AZƏRTAC). Bakı Slavyan Universitetinin (BSU) Məktəb-Lisey Kompleksində Alman dili mərkəzi fəaliyyət göstərir. Mərkəzin məqsədi burada tədris olunan alman dilinin azərbaycanlı məktəblilərə dərindən mənimsədilməsinə nail olmaqdan, alman dili tədris olunan sinifləri lazımi dərslik və tədris vəsaitləri ilə təchiz etməkdən ibarətdir.
Kompleksdən AZƏRTAC-a bildirmişlər ki, bağlanmış müqavilə əsasında kompleksin alman dili müəllimlərinə lazımi metodik dəstək verilir, alman attestatı almaq istəyən məzunlar üçün xüsusi dərslər təşkil edilir. Yeddinci sinifdə təşkil olunan alman dili açıq dərsində mütəxəssislər - Cənubi Qafqaz üzrə əlaqələndirici Angela Şmidt, Hiltrut Elbert-Fano və kompleksin alman dili müəllimləri iştirak etmişlər.
Müzakirələrdən sonra qonaqlar kompleksin rəhbərliyi və müəllimlərlə görüşmüş, alman dilinin tədrisini müzakirə etmişlər.
Mütəxəssislər, həmçinin BSU-nun Höte adına Alman Dili və Mədəniyyəti Mərkəzində olmuşlar. Görüşdə onlara bu ali təhsil ocağı və alman dilinin tədrisi istiqamətində həyata keçirilən layihələr haqqında məlumat verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]