Azərbaycan Dövlət İnformasiya Agentliyi

Almaniyanı kəşf edərkən: Münxen Bavariya krallarının xəzinəsidir

Bakı, 27 sentyabr, AZƏRTAC

Əhalisinin sayı 1,4 milyon nəfərdən çox olan Münxen Almaniyanın böyüklüyünə görə üçüncü şəhəri və sahəsinə görə ən böyük federal əyalətinin - Bavariya Azad Dövlətinin paytaxtıdır. Şəhər turistləri möhtəşəm sarayları, qədim meydanları və böyük parkları ilə dərhal ovsunlayır. BMW konserninin vətənində məzmunlu istirahəti sevənlər üçün bütün imkanlar var. Bavariyada 800 ildən çox müddətdə hökmranlıq etmiş Vittelsbaxlar sülaləsinin xəzinəsinin saxlandığı Münxen iqamətgahına gedəndən, Nimfenburq sarayında II Lüdovikin təmtəraqlı karetlərinə tamaşa edəndən və BMW Mərkəzində yüksək texnologiyalar dünyası ilə tanış olandan sonra özümüz də buna əmin olduq. Hələ onu demirik ki, Münxenin özünə də açıq səma altında incəsənət qalereyası kimi baxılmalıdır.

Mənzil başına çatmağın incəlikləri və Mariyenplatsda şou

Hannoverdən Münxenə qatarla gəldik və şəhərin mərkəzinə düşdük. İş elə gətirib ki, Avropa ölkələrində iri şəhərlərin çoxunda əsas dəmir yolu vağzalları, demək olar, həmişə mərkəzdə yerləşir. Hannoverdən Münxenə yol təqribən 4,5 saat çəkdi. Qatara biletləri isə qabaqcadan almışdıq. Axı bütün Avropa boyu dəmir yolu daşımalarını idarə edən “Rail Europe”nin satışlar üzrə baş agentinin - “SI Travel” şirkətinin Bakıdakı ofisində Avropanın istənilən qatarına bilet almaq mümkündür. Özü də bu dəfə biz risk edib qatarlarda hərəkətin yeni üsulundan - “German Rail Pass” abonement kartından istifadə etməyi qərara aldıq. O qədər xoşumuza gəldi ki, onu hamıya tövsiyə edirik. Bu sistem çox sadədir: bu və ya digər istiqamətdə konkret qatara bilet almaq əvəzinə siz 3-15 gün müddətinə bir növ bir və ya iki adamlıq gediş abonementi alırsınız. Daha sizin marşrut üzərində baş sındırmağa, onu incələməyə, sonra bilet aldığınız qatara çatmaq üçün tələm-tələsik oteldən çıxmağa, - axı geciksəniz, biletiniz də batır, - ehtiyac qalmır.

“German Rail Pass” ilə sadəcə vağzala gəlirsiniz və sizə lazım olan istiqamətdə gedən istənilən qatara oturursunuz. Özü də aktivləşdirildikdən sonra siz bu biletdən hər gün istifadə edib, həmin ölkədə və Avropada hərəkət edən istənilən qatar otura bilərsiniz. Sonra hər hansı şəhərdə lazımi qədər qaldıqdan sonra yolunuza davam etmək üçün yenidən bileti aktivləşdirirdiniz. Bunun üçün onun üstünə cari tarixi yazırsınız. Məsələn, 5 gün üçün 2 nəfərlik belə abonementin qiyməti 167,5 avrodur. Bu da çox sərfəli qiymətdir. Nəzərə alaq ki, Almaniyada şəhərlərarası qatarlara bir nəfərlik bir gediş haqqı orta hesabla 50-80 avro civarındadır.

Münxen bizi tutqun hava və hər yerdə aparılan inşaat işləri ilə qarşıladı. Bavariyanın paytaxtı son dərəcə populyar turizm istiqamətidir, O, sakinlərin və qonaqların gözləntilərini həmişə doğrultmağa çalışır: burada nəqliyyat infrastrukturu daim təkmilləşdirilir, çoxsaylı memarlıq abidələri bərpa olunur, yeni otellər ucaldılır. Amma Bavariya krallığının keçmiş paytaxtının imperiya möhtəşəmliyini diqqətli turistlərin gözündən heç bir inşaat taxtabəndi gizlədə bilməz. Bu vüsət şəhərin əsas meydanı Mariyenplatsda daha yaxşı görünür. 1867-1908-ci illərdə ucaldılmış Yeni Ratuşa binasının 100 metrdən uzun fasadı Bavariya hersoqlarının, Vittelsbaxlar sülaləsi krallarının və əfsanəvi personajların fiqurları ilə çox gözəl bəzədilib. Mərkəzi qüllədəki saat hər gün saat 11:00 və 12:00-da, yayda isə həm də 17:00-da zəng çalaraq, tamaşanın başlandığını elan edir: saatın pəncərə və qapıları açılır, oradan insan boyu bərabərində kuklalar çıxır və şəhər həyatından müxtəlif səhnələri təqdim edir.

Liftlə Ratuşa binasının 85 metr hündürlükdə yerləşən müşahidə meydançasına qalxmaq olar. Oradan şəhərə çox gözəl mənzərə açılır. Amma bələdçimiz başqa müşahidə meydançasından - Müqəddəs Pyotr Kilsəsinin yaxınlığında yerləşən Münxenin ən qədim prixod kilsəsinin qülləsindən şəhərə tamaşa etməyi məsləhət gördü. XI əsrdə inşa edilmiş bu kilsənin qülləsindən təkcə bütün şəhər deyil, bol çiçəkləyən ətirşahla bəzənmiş Yeni Ratuşa binasının özü də ovuc içi kimi görünür.

Mariyenplatsda həmişə canlanma hökm sürür. Axı turistlərin və biznesmenlərin, avtobusların və elektrik qatarlarının, habelə alış-veriş etmək həvəskarlarının və ağzının dadını bilənlərin yolları məhz burada kəsişir. Biz isə yolumuza davam edib şəhərin Odeonsplats adlanan digər məşhur meydanına üz tuturuq.

İngilis parkı və Gözəllər qalereyası

Münxenin mərkəzinin, demək olar, bütün nöqtələrindən soğanaq şəkilli günbəzlərlə bəzədilmiş, suvenir və hədiyyə maqnitlərinin çoxunda təsvir olunan iki qüllə görünür. Bunlar şəhərin rəmzi sayılan, Mariyenplats və Odeonsplats meydanları arasında yerləşən Frauenkirxe kilsəsinin qüllələridir. XV əsrdə son qotika üslubunda ucaldılan kilsədə hazırda son beş yüzilliyin incəsənət şedevrləri nümayiş etdirilir.

Budur Odeonsplatsdayıq. Bu meydana ilk dəfə gələn hər kəsdə elə təəssürat yaranır ki, sanki alman deyil, italyan meydanına düşüb. Qonaqların diqqətini son italyan barokkosu üslubunda ucaldılan tünd sarı rəngli Teatinerkirxe kilsəsi və Sərkərdələr Arkadası deyilən tağ sırası cəlb edir. Bu tağ sırası Florensiyada Sinyoriya meydanındakı Lansa Lociyasının dəqiq surətidir. Sərkərdələr Arkadasının bir neçə pilləsini qalxıb Lüdviqştrasse küçəsinə açılan gözəl mənzərədən zövq almaq olar. Bavariya ordusunun xidmətləri şərəfinə salınan bu küçədə daşdan yonulmuş iki böyük şir sanki sərkərdələr Qraf Tillinin və Knyaz Vredenin tunc heykəllərini, habelə Bavariya ordusunun abidəsini qoruyur.

Elə buradaca - Odeonsplats meydanında italyan üslubunda daha bir yer - Münxenin ən qocaman qəhvəxanası “Tambozi” yerləşir. Burada münasib qiymətlərlə italyan mətbəxinin yeməklərinin dadına baxmaq olar. Düz Hofqarten parkının qabağında yerləşən qəhvəxana İmperator II Maksimilianın kamerdineri Luice Tambozinin şərəfinə belə adlandırılıb.

Madam ki, söhbət parklardan düşdü, Hovqartenin böyründə 343 hektar sahədə yerləşən dünyanın ən iri parklarından birini - İngilis bağını xatırlatmamaq olmaz. Parkın təkcə cənub hissəsində eyni vaxtda təqribən 20 min adam yerləşə bilər. İngilis parkı XVIII əsrin sonlarından etibarən münxenlilər və şəhərin qonaqları üçün əsl istirahət vahəsidir. Burada yamyaşıl çəmənlikdə günəş vannası qəbul etmək, Aysbax çayında çimmək, idmanla məşğul olmaq, yaxud sadəcə kafedə oturub dincəlmək olar. Bir şərtlə: bunun üçün Münxenə daha uzun müddətə gəlməlisiniz. Amma əgər cəmi iki gününüz varsa, onda yaxşısı budur, növbəti görməli məkana baxmağa tələsəsiniz.

Hər bir turist mütləq gedib Nimfenburq saray-park ansamblını görməlidir, çünki bu, Almaniyada barokko üslubunda ən böyük saraydır. 1664-1674-cü illərdə inşa edilmiş, eni 500 metr olan bu dəbdəbəli kompleks mükəmməl bağı və muzeyləri ilə sizi bir göz qırpımında Bavariya monarxiyasının hakimiyyətdə olduğu dövrə aparacaq. Əvvəllər Nimfenburq Vittersbaxlar sülaləsinin iqamətgahı olub. Kral I Lüdviqin Gözəllər qalereyası çox populyar yerdir. Otağın divarları Kralın zövqündə olan 36 ən gözəl Avropa xanımının saray rəssamı Yozef Ştiler tərəfindən 1827-1850-ci illər arasında çəkilmiş portretləri ilə bəzədilib. Birinci Lüdviqin nəvəsinin, Vittelsbaxlar sülaləsinin ən məşhur nümayəndələrindən birinin - Bavariya kralı II Lüdviqin dünyaya göz açdığı çarpayının yerləşdiyi otaq da maraq doğurur. Maraqlıdır ki, həmin dövrdə əyanların doğuş prosesini izləməsinə icazə verilirdi. Amma çarpayının qabağından pərdə asıldığı üçün birbaşa deyil, divara söykədilmiş güzgünün əks etdirdiyinə tamaşa etməklə.

Ay kralı və günəş enerjisi

Bavariya kralları arasında ekssentrikliyi ilə seçilən, 1864-1886-cı illərdə hökmranlıq etmiş II Lüdviq siyasətdən çox incəsənətlə maraqlanırdı. O, xəyallar dünyasında yaşayır və sənaye inqilabı dövründə cəngavərlərə layiq dəbdəbəli qəsrlər inşa etdirirdi. Fransanın Günəş Kralı XIV Lüdovik II Lüdviq üçün ideal monarx idi. O, hətta Herremkimzedəki tikintisi yarımçıq qalmış qəsrlərindən birini Versal sarayının tam surətinə çevirməyi planlaşdırırdı. Qızıl suyuna çəkilmiş divar və mebellər, çox incə çinidən çilçıraqlar, divar və tavanlarda epik mövzuda naxışlar: biz bu möhtəşəm kompleksdə olduq və onun barəsində sizə növbəti reportajımızda danışacağıq.

Nimfenburq sarayında biz Kral Karetləri və Kirşələri Muzeyində olduq. Burada Vittelsbaxlar sülaləsinin dəbdəbəli karetlərinin böyük kolleksiyası nümayiş etdirilir. Şəksiz ki, II Lüdviqin karetləri və kirşələri təmtərağı və gözəlliyi ilə xüsusi seçilir. Kralın İmperatriçə Avstriyalı Yelizavetanın bacısı, şahzadə Sofiya ilə toyu münasibətilə hazırlanmış orijinal karet diqqəti dərhal cəlb edir. Doğrudur, nikah mərasimi baş tutmur və bu möhtəşəm karetdən bir dəfə də istifadə olunmur. Bələdçimiz dedi ki, II Lüdviq qış gecələrində at qoşulmuş kirşələrdə gəzməyi sevirmiş. Buna görə də onu “Ay kralı” adlandırıblar. Bundan əlavə, saray kompleksində şəlalələri, kiçik gölləri, köşkləri olan barokko üslubunda park və qədim çini qablar kolleksiyası xüsusi maraq doğurur.

II Lüdviqin həyatı bizdə böyük maraq oyatdığına görə Bavariyanın imperiya keçmişi ilə tanışlığı davam etdirməyi qərara aldıq və şəhərin mərkəzində yerləşən Münxen iqamətgahına getdik. Bu iqamətgah 500 il ərzində inşa edilib, burada daim yenidənqurma və tamamlanma işləri aparılıb. Hazırda iqamətgah Almaniyanın ən böyük saraylarından biridir. Keçmiş zamanlarda o, Bavariya hersoqlarının, kurfüstlərinin və krallarının şəhər iqamətgahı olub. Möhtəşəm fasadı binaya əzəmətli görkəm verir, sarayın daxili bər-bəzəyi ondan heç də geri qalmır. İqamətgahın muzeyinin ekspozisiyası 130 salonda yerləşir və onların hamısına tamaşa etmək üçün bir gün kifayət deyil. Odur ki, ilk dəfə ekskursiyaya gələnlər sarayın ən maraqlı məkanlarını, məsələn, Antikvariumu, Köhnə Saray Kapellasını, Mağaralı həyəti, İmperatorun otaqlarını, I Lüdviqin yaşadığı otaqları görməyə çalışırlar. İqamətgahın ən qocaman və dəbdəbəli salonlarından biri olan Antikvariumda həqiqətən də qibtəediləcək heykəllər kolleksiyası yerləşir, Mağaralı həyət isə dəniz balıqqulağılarından yaradılmış gözəl mağarası ilə böyük maraq kəsb edir. Küvilye Saray Teatrına getmək fürsətini əldən verməyin. 1751-1755-ci illərdə tikilmiş bu teatr dünyanın rokoko üslubunda ən gözəl teatrıdır. Vaxtilə bu teatrda çox gözəl tamaşalar oynanılıb. Məsələn, 1781-ci ildə Motsartın “İdomeney” operasının premyerası müəllifin öz iştirakı ilə məhz bu teatrda olub.

Hər tərəfində tarixin nəfəsi duyulan məkanlardan uzaqlaşıb müasir dövrümüzə qayıtmaq üçün BMW Dünyasına yollanırıq. Burada Bavariyanın maşınqayırma zavodlarının istehsal etdikləri avtomobillərin kapotunu açıb baxmaq olar. Münxendə BMW qərargahının bilavasitə yaxınlığında yerləşən çoxfunksiyalı sərgi mərkəzində konsernin yeni məhsullarının təqdimatı keçirilir. Yaxınlıqda yerləşən BMW Muzeyindən fərqli olaraq, BMW Dünyasında bütün eksponatlara əllə toxunmaq, xoşa gələn modelin sükanı arxasına keçmək, gələcəyin maşınları sayılan yeni elektromobillərin iş prinsipi ilə tanış olmaq və hətta pavilyon ərazisində maşınların drayv testini keçirmək olar. Maraqlıdır ki, BMW Dünyası sistemlərinin fəaliyyət göstərməsi üçün bütün enerji kompleksin düz damında yerləşən günəş elektrik stansiyasından daxil olur. Bax bu həqiqətən də konsernin parlaq ideyalarının ardıcıl təcəssümünün nümunəsidir.

Son söz yerinə

Bavariyaya səyahətimiz yenicə başlayır. Münxendə iki unudulmaz gün keçirdikdən sonra biz Bad Ayblinq kurort şəhərciyinə yola düşürük. Burada bizi orijinal sağlamlaşdırma metodikası - Knaypın kontrast vannaları ilə tanışlıq gözləyir. Sonra çox gözəl gölü və adası ilə şöhrət qazanan qonşu Prin-am-Kimze şəhərinə səfərimiz var. Qeyd edək ki, Bavariya kralı II Lüdviqin ən bahalı və dəbdəbəli qəsrlərindən biri bu adada yerləşir. Mütləq bizi izləyin!

 

Emil Eyyubov

Fotoşəkillər E.İbrahimindir

https://www.bavaria.by/

http://www.muenchen.de/

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası baş tutub

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1® həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb