İQTİSADİYYAT
“Aqroekspress” layihəsi çərçivəsində bu gün Astaradan növbəti qatar yola düşəcək
Bakı, 21 fevral, AZƏRTAC
Bu gün Azərbaycan-Rusiya “Aqroekspress” layihəsi çərçivəsində Astaradan növbəti qatar yola düşəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-Udmurtiya biznes forumunda deyib.
O qeyd edib ki, “Aqroekspress” layihəsi Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinin artmasına töhfə verəcək.