ARALIQ DƏNİZİ DÜNYANIN ƏN ÇİRKLİ DƏNİZİDİR
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Aralıq dənizinin, xüsusən iri liman şəhərləri rayonunda suyun hər litrinə 10 qram neft məhsulu düşür. “Qrinpis” beynəlxalq təbiəti mühafizə təşkilatının və İspaniya Dünya Okeanının Tədqiqi İnstitutunun məlumatına görə, İspaniyanın Barselona şəhəri, ətraf zonalar və ölkənin cənubunda sahil suları daha çirklidir. Hər il Aralıq dənizində 12 min gəminin, - bunun 20 faizi tankerdir, - üzməsinə baxmayaraq, çirklənmənin əsas səbəbi sahildən dənizə atılan tullantılardır.
Aralıq dənizi sahillərində 150 milyon insan yaşayır, hər yay daha 200 milyon adam burada istirahət edir. Dəniz həm də bir çox sahilyanı ölkələrin buraya axıdılan kanalizasiya tullantıları və çay suları hesabına çirklənir. Aralıq dənizindən tutulan balıqlar və digər dəniz məhsuları da ekoloji baxımdan təmiz deyildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]