Aşqabadda MDB ölkələrinin Dəmir Yolu Nəqliyyatı Şurasının iclası keçirilir
Bakı, 16 oktyabr (AZƏRTAC). Oktyabrın 16-17-də Aşqabadda Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvü olan ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 57-ci iclası keçiriləcəkdir.
AZƏRTAC MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, iclasda Birliyin İcraiyyə Komitəsinin sədri - icraçı katibi Sergey Lebedev iştirak edəcəkdir.
İclas iştirakçıları Şuranın 56-cı iclasının qərarlarının yerinə yetirilməsi məsələlərini və dəmir yolu şəbəkəsinin cari ilin 8 ayında istismar işinin yekunlarını müzakirə edəcəklər. Bundan əlavə, gündəliyə idarələrarası əməkdaşlığa dair digər məsələlər də daxil ediləcəkdir.
Qeyd edək ki, MDB ölkələrinin Dəmir Yolu Nəqliyyatı Şurası dəmir yolu nəqliyyatının işini dövlətlərarası səviyyədə əlaqələndirmək və onun fəaliyyətinin razılaşdırılmış prinsiplərini işləyib hazırlamaq üçün 1992-ci ildə təsis edilmişdir.
Şuranın fəaliyyəti sayəsində dəmir yolu şəbəkəsinin texnoloji bütövlüyünü qoruyub saxlamaq, Birlik ölkələrinin dəmir yollarının infrastrukturunun və tarif siyasətinin razılaşdırılmış inkişafını təmin etmək mümkün olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2026 [20:18]
KPMG rəhbəri: Region yaşıl enerjiyə yönəlir– MÜSAHİBƏ
- 03.06.2026 [18:00]