İDMAN
Astaralı yeniyetmə güləşçi Tehranda bürünc medal qazanıb
Bakı, 16 dekabr, AZƏRTAC
Tehranda keçirilən yeniyetmə güləşçilər arasında “Day of children” beynəlxalq turnirində Azərbaycan yığmasının tərkibində astaralı idmançı Ramiq Heybətov bürünc medal qazanıb.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, turnirdə 57 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz ermənistanlı rəqibini 19:6 hesabı ilə məğlub edərək turnirin yarımfinal mərhələsinə yüksəlib. Daha sonra məğlub olan güləşçimiz bürünc medal uğurunda görüşdə qalib gələrək turniri üçüncü pillədə başa vurub.
Dekabrın 16-da Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev idmançı və onun məşqçisi Nizami Axundovla görüşüb, qazanılan qələbə münasibətilə onları təbrik edib və qərara alınıb ki, həftə ərzində idmançı və məşqçi ilə rayon gənclərinin görüşü keçirilsin.