SİYASƏT
ATƏT-in Minsk qrupu həmsədrlərinin Cənubi Qafqaz regionuna növbəti səfərinin tarixi açıqlanmışdır
Bakı, 19 noyabr (AZƏRTAC). ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfərinin tarixi açıqlanmışdır.
AZƏRTAC xəbər verir ki, səfərə Azərbaycandan başlayacaq həmsədrlər noyabrın 26-da Bakıda bir sıra görüşlər keçirəcəklər.
Səfər zamanı həmsədrlər bundan əvvəl bəyan etdikləri kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair yeni ideyalar təklif edəcəklər. Onların regiona səfəri ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Dublində keçiriləcək iclası ərəfəsinə təsadüf edəcəkdir. Həmsədrlərin də dekabrın 6-7-də keçiriləcək iclasda iştirakı nəzərdə tutulmuşdur.
Hava şəraiti imkan verəcəyi təqdirdə həmsədrlərin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ regionuna da səfəri nəzərdə tutulmuşdur.