Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropa İnsan Hüquqları məhkəməsi: “Erməni soyqırımı” tarixi fakt deyil (məhkəmənin qərarının populyar təhlili)

Avropa İnsan Hüquqları məhkəməsi: “Erməni soyqırımı” tarixi fakt deyil (məhkəmənin qərarının populyar təhlili)

Bakı, 19 dekabr (AZƏRTAC). Dünya KİV-lərində artıq xəbər verildiyi kimi dekabrın 17-də Strasburqda “əsrin hökmü” - Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) türkiyəli hüquqşünas və siyasətçi Doqu Perinçekin İsveçrəyə qarşı iddiası üzrə qərarı elan edilmişdir (məhkəmənin qərarının mətni ilə tanış olmaq üçün bax: http://hudoc.echr.coe.int/webservices/content/pdf/003-4613832-5581451.

Dünyada çoxları Perincek vs. Switzerland prosesinə Turkey vs. Armenia məhkəmə çəkişməsi kimi baxırdı. Ona görə də təəccüblü deyildir ki, bu günü çoxları gözləyirdi.

Xatırladıram, hər şey ondan başlanmışdır ki, 2007-ci il martın 9-da Lozanna şəhər dairə məhkəməsi “İsveçrə - Ermənistan” assosiasiyasının 15 iyul 2005-ci il tarixli iddiasına əsasən Doqu Perinçek cərimə edilmişdir. Bu onunla əlaqədar idi ki, Perinçek həmin il üç dəfə (2005-ci ilin may, iyul və sentyabr aylarında) İsveçrədə keçirilən konfranslarda iştirak etmiş və öz çıxışlarında 1915-ci ildə Osmanlı imperiyası tərəfindən ermənilər barəsində “soyqırımı” həyata keçirilməsini inkar etmiş, “ermənilərin soyqırımı” ideyasının özünü isə “beynəlxalq yalan” adlandırmışdır. Lozanna məhkəməsi türkiyəli cavabdehə qarşı qətnamə çıxararkən onu “İsveçrə Cinayət Məcəlləsində təsbit olunmuş mənada irqi ayrı-seçkilikdə” təqsirkar hesab etmiş və qərara almışdır ki, “cavabdehin motivi irqçi tendensiyalıdır və məsələnin tarixi müzakirəsinə kömək etməmişdir” (hərçənd, əgər adamın ağzını məhkəmə yolu ilə bağlayırlarsa, hansı müzakirədən danışmaq olar?)

Perinçekin Lozanna məhkəməsinin qərarından yuxarı instansiyada kassasiya qaydasında şikayət etmək cəhdi uğursuz olmuşdur - 2007-ci il iyunun 19-da fransızdilli Vo (fransızca: Vaud, almanca: Waadt) kantonunun apelyasiya məhkəməsi tərəfindən qərara alınmışdır ki, Holokost kimi “erməni soyqırımı” da “isbat edilmiş tarixi faktdır”. Bu fakt İsveçrə qanunverici orqanı tərəfindən İsveçrə Cinayət Məcəlləsinin 261bis maddəsinin qəbul edildiyi gündən tanınmışdır. Lakin məhkəmə nədənsə beynəlxalq məhkəmənin bu məsələyə dair qərarına yox (bu, təəccüblü deyil, ona görə ki, tarixdə belə qərar olmamışdır), İsveçrə parlamentinin aşağı palatası tərəfindən (hər iki palata tərəfindən deyil) “erməni soyqırımı”nın tanınması haqqında qətnamə (qanun yox, yalnız qətnamə) qəbul edilməsi faktına istinad etmişdir. Buna görə də Vo kantonunun apelyasiya instansiyası tarixçilərin fikrinə müraciət etməyi vacib saymamışdır. Bu halda məhkəmə qeyd etmişdir ki, cavabdeh ermənilərin kütləvi şəkildə qətlə yetirilməsi və deportasiya olunması faktının özünü inkar etməmiş, yalnız bu hərəkətlərin “soyqırımı” kimi xarakterizə olunmasını inkar etmişdir.

Burada bir məsələyə aydınlıq gətirmək lazımdır ki, apelyasiya məhkəməsi özünün bu cür izahı ilə Perinçeki sona qədər getməyə və ədalətə nail olmağa kökləmişdir, çünki hüquqi absurd göz qabağında idi: İsveçrə CM 261bis maddəsi (bax: http://cicad.ch/fr/anti-semitism-history/larticle-261-bis-du-code-p%C3%A9nal-suisse.html) irqi, etnik və dini zəmində bir insanın və ya bir qrup şəxsin ləyaqətinin alçaldılması, həmin əsaslara görə insanlığa qarşı soyqırımı və ya digər cinayətlərin inkar edilməsi, onların nəticələrinin azaldılması və ya buna haqq qazandırması üçün cinayət cəzası nəzərdə tutduğu halda ermənilər haqqında bircə kəlmə də deyilməmişdir. Məhkəmə sadəcə olaraq İsveçrə Cinayət Məcəlləsinin həmin maddəsini İsveçrə parlamentinin aşağı palatasının “erməni soyqırımı”nın tanınması barədə qərarı ilə sadəcə kombinasiya etmiş və bir daha xatırladırıq, deklarativ xarakter daşıyan və qanun qüvvəsinə malik olmayan həmin qətnaməni özbaşına olaraq 261bis maddəsinin qüvvəsinə də şamil etmiş, beləliklə, öz səlahiyyətlərini aşmışdır.

Digər tərəfdən, Holokostu və “erməni soyqırımı”nı yalnız İsveçrə parlamentinin aşağı palatası tərəfindən erməni məsələsinə dair qətnamə qəbul edilməsi əsasında bir-birinə bərabər tutmaq arzusu növbəti hüquqi nonsens idi, çünki “erməni soyqırımı”na Holokosta xas olan ən başlıca cəhət - soyqırımı faktının özü barəsində beynəlxalq məhkəmənin hökmü olmamışdır! Vo kantonunun apelyasiya məhkəməsinin beynəlxalq tribunalın hökmünün qanun gücünə malik olmayan parlament qətnaməsi ilə əvəz etmək yəni Nürnberq tribunalının qərarını və parlamentin aşağı palatasının siyasi bəyannaməsini bir-birinə bərabər tutmaq cəhdi beynəlxalq hüquqşünasların ekspert birliyində “qaşlarını çatmaq” effekti doğurmuş, bu isə AİHM tərəfindən tamamilə gözlənilən və tamamilə ədalətli hökm çıxarılarkən müəyyən fon yaratmışdır. Hətta müxtəlif ölkələrdə başqa hallarda erməni-Türkiyə münasibətləri məsələsinə laqeyd qalacaq və hətta bəzən bu və ya digər səbəblər üzündən ermənilərə rəğbət bəsləyəcək hüquqşünaslar da Perinçeki dəstəklədilər. Beləliklə, Vo kantonunun məhkəməsi erməni soyqırımını Holokosta bərabər tutmaqla ermənilərə həqiqətən yaxşılıq əvəzinə pislik etmiş, beynəlxalq hüquqşünaslar birliyini, xüsusən dünya yəhudiləri arasında təlatüm yaratmışdır.

Ola bilsin ki, bu ərəfədə özlərinin bütün resurslarını səfərbər etmiş və ermənilərin sınaqdan çıxarılmış metodlarının məlum toplusunu, o cümlədən KİV-lərdə informasiya hücumu, qara piar, şəxsi hücumlar və küçə aksiyalarını işə salmış erməni lobbisinin Vo məhkəməsinə güclü təzyiqi öz işini görmüşdü. Hərçənd burada başqa bir fikir də söylənilir - guya Perinçek bu məsələni AİHM səviyyəsinə çatdırmaq üçün İsveçrənin bütün milli məhkəmə instansiyalarında qəsdən uduzmağa nail olmuşdur. Hər halda 2007-ci il dekabrın 12-də İsveçrə federal Məhkəməsi də Perinçekin apellyasiya şikayətini rədd etmiş və Strasburqa yol açmışdır.

2008-ci il iyunun 10-da Perinçek AİHM-ə İsveçrəyə qarşı iddia ərizəsi vermişdir. Nəhayət, beş ildən artıq müzakirələrdən sonra ötən çərşənbə axşamı AİHM iddiaçının xeyrinə hökm çıxarmışdır. Strasburq məhkəməsi Türkiyə vətəndaşının şikayətini haqlı hesab edərək qərara almışdır ki, erməni soyqırımının inkar edilməsi qanuna zidd deyildir və İsveçrə Perinçeki cərimə etməklə özü Avropa İnsan Hüquqları Konvensiyasının (bu konvensiyanın mətni ilə tanış olmaq üçün bax: http://www.echr.coe.int/Documents/Convention_RUS.pdf) 10-cu maddəsini (fikir bildirmək azadlığı) pozmuşdur. Perinçek müxtəlif konfranslarda erməni soyqırımını açıq inkar etmişdir. AİHM-in fikrincə Perinçekin bu cür çoxsaylı bəyanatları yuxarıda adı çəkilən konvensiyanın 17-ci maddəsində göstərilən hüquqlardan sui-istifadə deyildir. Məhkəmə vurğulamışdır ki, incə və ziddiyyətli məsələlərin azad müzakirə edilməsi hüququ insanın öz fikrini sərbəst ifadə etmək hüququnun əsas aspektlərindən biridir və demokratik dövlətləri totalitar və diktator rejimlərindən fərqləndirən məhz budur (bu, İsveçrənin hərəkətinin yolverilməz olmasına eyhamdır).

Məhkəmə xatırlatmışdır ki, ondan Osmanlı İmperiyasında 1915-ci ildən başlayaraq erməni əhalisinin kütləvi şəkildə qətlə yetirilməsi və deportasiya edilməsi barədə deyilənlərin həqiqiliyini yoxlamağı, həmçinin CM müvafiq maddəsinin anlayışlar aparatı çərçivəsində “soyqırımı” hüquqi termininin tətbiq edilə bilməsini müəyyən etməyi xahiş etməmişlər, buna görə də məhkəmənin qarşısında qoyulmuş vəzifə konkret sual çərçivəsindən kənara çıxmağa imkan vermirdi. Məhkəmənin fikrincə - bu məsələni xüsusi vurğulamaq lazımdır! - son dərəcə dəqiq xarakterizə edilmiş hüquqi (!) anlayış olan soyqırımı faktını müəyyən etmək o qədər də asan deyildir. Məhkəmə şübhələnmişdir ki, elmi-tarixi müstəvidə bu mövzuda debatların davam etməsi şəraitində həmin illərin faciəli hadisələri məsələsinə dair ümumi konsensusa nail olmaq mümkündür, xüsusən ona görə ki, həmin tədqiqatların nəticə etibarı ilə vahid qərara gəlməyə və mütləq həqiqəti müəyyən etməyə imkan verməsi əsla zəruri deyil.

Beləliklə, AİHM o uzaq illərə aid hadisələri müzakirə etməkdən birmənalı şəkildə kənara çəkilmiş və ondan xahiş edilməyən məsələ ilə - həmin hadisələrə hüquqi qiymət verilməsi ilə məşğul olmamışdır. Bundan əlavə, məhkəmə erməni soyqırımını bu və ya digər formada tanımış dövlətləri vətəndaşların dövlətin rəsmi nöqteyi-nəzəri ilə razılaşmamasına görə onları cinayət qaydasında təqib edən qanun qəbul edilməsindən çəkinməyə, bunu nəzərə almağa çağırmışdır ki, öz fikrini ifadə etmək azadlığının əsas məqsədlərindən biri özünün mövcudluğu ilə barəsində hələ qəti konsensusa nail olunmamış məsələlərin müzakirəsinə töhfə verən azlığın fikrini müdafiə etməkdir. Məhkəmə bu mövqeyi izah edərək uzaqgörənliklə vurğulamışdır ki, Birinci Dünya müharibəsi dövrünün faciəli hadisələri Holokostdan fərqlənir, bu barədə aşağıda söhbət gedəcəkdir.

Məhkəmə hesab etmişdir ki, İsveçrə CM-in 261bis maddəsində istifadə edilmiş “soyqırımı” termininin dəqiqliyi şübhə doğurur, halbuki Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin ikinci paraqrafı məhz ifadələrin dəqiq olmasını tələb edir. Eyni zamanda AİHM İsveçrə Federal Məhkəməsi ilə razılaşmışdır ki, Perinçek başa düşməyə bilməzdi ki, “erməni soyqırımı”nı “beynəlxalq yalan” adlandırmaqla özünü bu ölkənin ərazisində ona münasibətdə bu ölkənin “qanunu ilə müəyyən edilmiş” sanksiyaların tətbiq olunması üçün əsas vermişdir. Məhkəmə qərara almışdır ki, İsveçrə CM-ə bu düzəlişin qəbul edilməsinin məqsədi başqa şəxslərin hüquqlarını, daha doğrusu, “1915-ci ildən etibarən Osmanlı İmperiyası tərəfindən erməni əhaliyə qarşı törədilmiş amansızlıqların qurbanlarının” qohumlarının şərəfini qorumaqdır. Lakin AİHM-in fikrincə, İsveçrə hökumətinin “Perinçekin bəyanatından ictimai asayişə ciddi təhdid yaranması” barədə arqumenti kifayət qədər əsaslı deyildir. Məhkəmənin qarşısında bir tərəfdən, həmin hadisələrin qurbanlarının qohumlarının hüququnu, digər tərəfdən, Perinçekin öz fikrini sərbəst ifadə etmək hüququnu müqayisə etmək məsələsi dururdu.

AİHM öz qərarında daha sonra belə bir fikri ifadə etmişdir ki, İsveçrə məhkəmələri türkiyəli cavabdeh barəsində qərar qəbul edərkən belə bir inamı əsas götürmüşlər ki, guya dünyada, xüsusən elmi dairələrdə “erməni soyqırımı” məsələsinə dair konsensus əldə edilmişdir. Hərçənd, İsveçrə federal Məhkəməsi özü etiraf etmişdir ki, erməni soyqırımının hüquqi xarakteristikası məsələsinə dair fikir birliyindən danışmağa dəyməz. O cümlədən Perinçek və Türkiyə hökuməti bəyan etmişlər ki, bu məsələyə dair konsensus əldə etmək çox çətindir. AİHM bu fikirlə razılaşaraq nümunə kimi İsveçrə cəmiyyətinin özünün, hətta bu ölkənin siyasi orqanlarının daxilində fikir ayrılığı olmasını, habelə bu faktı misal gətirir ki, dünyanın 190 ölkəsindən yalnız 20-yə yaxını erməni soyqırımını tanımış, özü də bir sıra hallarda onu tanıyan hökumətlər deyil, parlamentlər və ya qanunverici orqanın palatalarından biri olmuşdur.

AİHM Perinçekin bu fikrini də dəstəkləmişdir ki, soyqırımı termini son dərəcə dəqiq müəyyən edilmişdir. Məhkəmə Ruandaya dair beynəlxalq tribunalın qərarını misal göstərərək xatırlatmışdır ki, soyqırımı faktı üçün müəyyən insanlar qrupunun (məsələn, millətin) üzvlərini deyil, bütün qrupu və ya ən azı həmin qrupun bir hissəsini məhv etmək niyyətinin müəyyən edilməsi zəruridir. Soyqırımı çox məhdud mənalı hüquqi anlayışdır və bu faktı müəyyən etmək çox çətindir. Strasburqdakı məhkəmənin üzvləri onların İsveçrədəki həmkarlarının Perinçekə qarşı hökm çıxararkən istinad etdikləri ümumi konsensusun soyqırımı kimi məhdud hüquqi anlayışa hər hansı aidiyyəti olmasına şübhə etdiklərini bildirmişlər. Beləliklə, AİHM Osmanı İmperiyasının bütün erməni əhalini və ya onun bir hissəsini məhv etmək niyyətində olması barədə dünyada guya mövcud olan konsensus barədə spekulyasiyaları təkzib etmişdir. Belə bir konsensusun olmaması barədə ilk dəfə ali məhkəmə səviyyəsində fikir söylənilmişdir!

Hakimlərin fikrincə, bu məsələ ilə Holokostun inkar edilməsi arasında aşkar fərq vardır. Holokostu inkar edənlər qaz kameraları kimi təkzibedilməz sübutların mövcud olmasına baxmayaraq faktları inkar edirlər. Onlar hüquqi bazanın (yəni Nürnberq tribunalının qərarı) olmasına baxmayaraq və bu rejimin cinayətlər törətməsi faktının həmin beynəlxalq məhkəmə tərəfindən aşkar müəyyən edilməsinə baxmayaraq nasist rejiminin cinayətlərini inkar edirlər. Beləliklə, AİHM birmənalı şəkildə xatırlatmışdır ki, ermənilərin ittihamları barəsində nə təkzibedilməz sübutlar var, nə hüquqi baza, nə də beynəlxalq məhkəmənin qərarı. AİHM məhkəmə kollegiyası bunu açıq deməsə də, faktiki olaraq eyhamla bildirmişdir ki, Holokost halında mövcud olanların hamısı əldə olmadığı üçün erməni qırğınını məhdud “soyqırım” anlayışı çərçivəsinə sığışdırmaq çətindir.

Məhkəmə bu nəticəyə gəlmişdir ki, İsveçrə bir insanı Osmanlı imperiyasında baş vermiş hadisələrə “soyqırım” termininin tətbiq edilməsinin yerinə düşməsi ilə razılaşmamasına görə onu irqi ayrı-seçkilikdə ittiham üzrə cəzalandırmağın zəruri olmasına sosial baxımdan haqq qazandıra bilməmişdir. O, iki məhkəmə presedentini xatırlatmışdır: 2007-ci ilin noyabr ayında İspaniya konstitusiya məhkəməsinin soyqırımın inkar edilməsini zorakılığa təhrikçiliyə bərabər tutulmasının yolverilməzliyi və bunun inkar edilməsinə görə təqibin konstitusiyaya zidd olması barədə qərarın və 2012-ci ilin fevral ayında Fransa konstitusiya şurası tərəfindən qəbul edilmiş qanun səviyyəsində tanınmış soyqırımıların inkar edilməsinin kriminallaşdırılması haqqında qanunun konstitusiyaya zidd olması barədə qanunun öz fikrini ifadə etmək azadlığı və tədqiqat işi aparmaq azadlığı ilə bir araya sığmaması səbəbindən həmin qanunların ziddiyyətli olmasını xatırlatmışdır. Məhkəmənin fikrincə, Fransa konstitusiya şurasının qərarı prinsip etibarı ilə göstərmişdir ki, bu və ya digər hadisələrin soyqırımı kimi tanınması haqqında qanun rəsmi nöqteyi-nəzərlə razılaşmamağa görə təqibin yolverilməz olması ilə birgə mövcud ola bilər. Nəhayət, AİHM BMT İnsan Hüquqları Komitəsinin bu mövqeyini xatırlatmışdır ki, “tarixi faktlar haqqında fikir bildirilməsinə görə təqib edən qanunlar Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakta əsasən dövlətlərin üzərinə qoyulmuş öhdəliklərlə bir araya sığmır” və “Beynəlxalq Pakt keçmiş hadisələr barəsində səhv fikir bildirməyin və onları yanlış interpretasiya etməyin qadağan olunmasına yol vermir”.

Məhkəmənin vəzifəsi insanları azad tənqiddən çəkinməyə məcbur edən senzura şəklində sanksiyalar tətbiq edilməsinə yol verməmək idi. Ümumi maraq doğuran debatlarda bu cür sanksiyalar sərbəst fikir mübadiləsini və cəmiyyətdə maraq doğuran məsələlərə dair ümumi diskussiyaya töhfə verilməsini zəiflədə bilər. Məhkəmə qərara almışdır ki, İsveçrə hakimiyyət orqanları tərəfindən onların Perinçekin işinə dair qərarı barədə təqdim etdiyi əsaslar kifayət deyildir. Beləliklə bu ölkənin hakimiyyət orqanları, heç şübhəsiz böyük ictimai maraq doğuran məsələdə yol verilən hədləri aşmışlar.

AİHM-in qərarının tarixi əhəmiyyətini şişirtmək çətindir! İlk dəfədir ki, qondarma erməni soyqırımı məsələsi insan hüquqları üzrə ali məhkəmə orqanının müzakirəsinə çıxarılmışdır. Bu beynəlxalq məhkəmə orqanı adi beynəlxalq hüquq üçün hüquq yaradan orqandır və onun qərarları beynəlxalq yurisprudensiya üçün presedentə çevrilir. Məhkəmə öz qətnaməsinin lap əvvəlində Osmanlı imperiyasında baş vermiş hadisələr faktının özünü təhlil etməkdən kənarlaşmağa cəhd göstərməsinə və həmin hadisələrə xarakteristika vermək arzusunda olmadığını bildirməsinə baxmayaraq, hökmdə aşkar qeyd edilir ki, Holokostdan fərqli olaraq qondarma erməni soyqırımı tarixi fakt deyildir və ermənilərin qətlə yetirilməsi və deportasiya edilməsi məsələsində həmin hadisələrin soyqırımı kimi məhdud termin çərçivəsinə aid edilməsi üçün zəruri olan əsas komponentlər - təkzibedilməz sübutlar, hüquqi baza və soyqırımı cinayətinin törədilməsi haqqında beynəlxalq məhkəmənin hökmü yoxdur, Ruandada soyqırımından fərqli olaraq Osmanlı imperiyasının erməni əhalini bütünlüklə və ya qismən məhv etmək niyyətində olması sübut edilməmiş qalır.

Beləliklə, bu həftədən etibarən ermənilərin soyqırımının beynəlxalq tanınması deyilən məsələdə geriyə hesab başlanır. AİHM-in tarixi qərarını əsas götürərək indiyə qədər erməni lobbiçilərinin təzyiqi qarşısında davam gətirməmiş və tələskənlik edərək özlərinə aid olmayan məsələlərə qarışmış ölkələrin milli parlamentləri onların qəbul etdikləri ziddiyyətli, tarixə və hüquqa müvafiq olmayan qətnamələri ləğv etmək prosesini başlamalıdırlar. Ermənilərin Türkiyəni qorxutmaq istədikləri “2015-ci il amili” erməni dövlət təbliğatının arsenalında növbəti sabun köpüyü olmuşdur. Halbuki bu mənasız inamın yayılmasına nə qədər qüvvə, pul və vaxt sərf edilmişdir. Ancaq ali beynəlxalq məhkəmə orqanı tərəfindən biabırçı şapalaqdan başqa heç bir praktiki nəticəyə gətirib çıxarmamışdır və çıxara da bilməzdi. Nə üzr istəmək? Hansı ərazi və maddi kompensasiyaları? Bu insanların ağlı başındadır yoxsa kütləvi psixoza yoluxublar?

Lakin onların çoxu üçün soyqırımının təbliği həyatın mənasına çevrilmişdir. Belə çıxır ki , onların həyatı da hədər getmişdir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Finlandiyada Zəfər Günü qeyd olunub

Qazaxıstan PUA hücumundan sonra Atırau–Samara neft kəməri ilə nəqlin dayandırıldığını açıqlayıb

Britaniyada miqrantların daimi yaşayış icazəsi qaydaları sərtləşdirilir

Vətən müharibəsi qazisi: Xalqımıza bayramlar yaraşır

Bakıda “Zəfər Günü – Qürur günümüz” adlı musiqili-bədii proqram təqdim olunub

Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Bölgələrdə sertifikatlı toxum satışı təşkil olunacaq

Vamiq Məmmədəliyev: Ustad görməyən tələbə kamil sənətkar ola bilməz

Bakıda tanınmış kamança ifaçısı Şəhriyar Musayevin “Xəbərsiz” adlı solo konserti keçirilib

Rusiya MDB ölkələri arasında borclular haqqında məlumat mübadiləsinə dair sazişi ratifikasiya edib

Qazaxıstan və Dünya Bankı Xəzər və Aral dənizlərinin ekoloji problemlərini müzakirə ediblər

Qazaxıstanda Aktau dəniz limanı yaxınlığında yük avtomobili teplovozla toqquşub

Fransada sosial narazılıq dərinləşir: Makron hakimiyyəti yeni siyasi böhranla üz-üzədir

Türk ekspert: Almaniyada gənclərin etirazları gələcəyə inamsızlığın göstəricisidir

Avropanın sabitliyi öz vətəndaşlarına verdiyi vədləri yerinə yetirib-yetirə bilməyəcəyindən asılıdır ŞƏRH

Humboldt Universitetinin professoru: Almaniya və Fransadakı etirazlar Avropanın dərin sosial problemlərini əks etdirir

Gökdeniz Karadeniz: Son illərdə Azərbaycan komandaları Avropada mühüm uğurlar qazanırlar – EKSKLÜZİV

Dövlət Komitəsinin sədri Şərurda vətəndaşların müraciətlərini dinləyib

Fransadakı etirazlar Makron hakimiyyətinin yarıtmaz siyasəti kontekstində qiymətləndirilməlidir RƏY

Hövsan-Türkan yolunda təmir işləri ilə əlaqədar üç marşrutun hərəkət sxemi dəyişdiriləcək

Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

Tbilisidə Azərbaycan-Gürcüstan elmi-ədəbi əlaqələrinin əhəmiyyəti vurğulanıb

Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib

Qazaxıstan və Çin Orta Dəhlizin inkişafı üçün 200 milyon dollaradək investisiya fondu yaratmağı nəzərdən keçirir

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

Yaponiya ABŞ ordusunda nizam-intizamın aşağı olmasından narazıdır

Azərbaycan-Çin Sənaye Parkının yaradılması nəzərdən keçirilib

Azərbaycanlı karateçi Sofiyada gümüş medal qazanıb

® “Prime Leasing” qlobal səhnədə: Çində “Zoomlion Gold Dealer Award 2026” mükafatına layiq görülüb

Lüksemburqda azərbaycanlı rəssam Taleh Mirkazımın “TRACES” adlı fərdi sərgisi açılıb

DİM elektron xidmət istifadəçilərini diqqətli olmağa çağırır

Azərbaycanda elektromobillər üçün vahid enerjidoldurma platformasının yaradılması planlaşdırılır

Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub

Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Norveçdə Zəfər Günü və NAYO-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib

ABŞ-də Hellouin bayramı zamanı baş verən atışmalarda 12 nəfər həlak olub, 50-dən çox insan yaralanıb

Avropada siyasi etimadın azalması və iqtisadi çətinliklər sistemli problemlərin göstəricisidir - ŞƏRH

İlin sonunadək Macarıstanda yanacağın qiyməti arta bilər

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Özbəkistanda Qlobal İstedadlar Forumunda məruzə edib

Çinin xüsusi nümayəndələri Yaxın Şərq və Afrikaya səfər edəcəklər

Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib

DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Enerji daşıyıcılarının bahalaşması Avropada sosial-iqtisadi problemləri dərinləşdirir - RƏY

Fransadakı kütləvi etirazlar Avropanın siyasi elitaları üçün ciddi xəbərdarlıqdır ŞƏRH

İsveçdə supermarketlərdə soyuducu avadanlıqlarda kütləvi nasazlıq baş verib

Belçikanın Baş naziri büdcə danışıqlarının uğursuzluğundan sonra istefasını kralın ixtiyarına verəcək

Milli Süni İntellekt Mərkəzi ilə “University at Buffalo” dövlət və özəl sektorun təmsilçiləri üçün beynəlxalq təlim təşkil edib

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Suriyada güclü sel nəticəsində səkkiz nəfər həlak olub

“Dəmir yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə elan olunub

Makronun əsas problemi konstitusion səlahiyyətlərinin məhdudluğu deyil, siyasi legitimliyinin zəifləməsidir  ŞƏRH

Qələbənin izi ilə: BDU-da Vətən müharibəsinin siyasi-tarixi əhəmiyyətindən bəhs edilib

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə yekun vurulub

Azərbaycanlı alimin Dünya Bankının beynəlxalq layihəsinə ekspert töhfəsi yüksək qiymətləndirilib

Zaur Əliyev: Mədəniyyətlərarası dialoq davamlı sülhün və beynəlxalq hüququn mühüm şərtidir

BMT-nin hesabatı: Qlobal temperaturun 1,5 dərəcədən çox artması kriosferdə geridönməz itkilərə səbəb ola bilər

Balaton gölü əsrin sonunadək üç hissəyə bölünə bilər

NASA “Hubble” teleskopunun fəaliyyət müddətini uzatmaq üçün özəl şirkətləri cəlb edir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pakistanlı influenserlər Azərbaycanın turizm imkanları ilə tanış olublar

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

“Azərbaycançılıq milli məfkurəmizdir” mövzusunda müzakirə-seminar təşkil edilib

Azərbaycanın investisiya üstünlüyü - İstehsaldan regional ixraca

® Metropoliten işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

“Üzməyi öyrənək” layihəsi 8-ci dəfə təşkil olunacaq

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

Media: Rusiyanın kəşfiyyat gəmisi NATO-nun hərbi təlimlərində iştirak edən döyüş gəmilərini izləyib

“4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində daha 4 min vətəndaş təlimlərə başlayıb

Azərbaycan basketbol millisi Serbiyaya yollanır

® “Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq - Tələb təklifi 3 dəfə üstələyib

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

Hamiləlikdə xroniki yüksək qan təzyiqi körpələrdə anadangəlmə ürək qüsuru riskini artırır - tədqiqat

“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi

Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

Deputat: Azərbaycan qadını dövlətçilik ənənələrinin qorunmasında mühüm rol oynayır

Şəkidə sənət əsərlərinə yeni nəfəs verən bərpaçı - MÜSAHİBƏ

Pərvanə Hacıyeva: “Güclü cəmiyyətin zərif simaları” layihəsi qadınların təcrübə mübadiləsinə geniş imkan yaradıb

Alman nazirlər Frankfurtda iğtişaşlara və talanlara qarşı sərt tədbirlər görüləcəyini vəd edirlər

2027-ci il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi müzakirə edilib

Türk dünyasının iqtisadi potensialı elmi müstəvidə təhlil edilib

Mahmud Qurbanov: Klublar arasında rəqabətin artması futbolumuzun inkişafına müsbət təsir göstərir

Britaniyada miqrantların daimi yaşayış icazəsi almaq üçün gözləmə müddəti artırıla bilər

Şəhid atanın ən böyük arzusu: BDU tələbəsi Aysu Əmrahovanın Zəfər hekayəsi

Azərbaycan öz milli maraqları çərçivəsində müxtəlif platformalar arasında dialoqa töhfə verir ŞƏRH

Mars Sariyev: Sabitlik küçələrdə polislərin sayı ilə deyil, qurumların ictimai tələblərə reaksiya vermək qabiliyyəti ilə ölçülür ŞƏRH

Dövlət sərhədindən buraxılış məntəqəsində sənədlərdə göstərilməyən yük aşkar edilib

Avropada baş verən kütləvi etirazlar cəmiyyətdə narazılığın dərinləşdiyini göstərir ŞƏRH

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

Aynur Sofiyeva: Güclü cəmiyyət hər bir vətəndaşın öz potensialını reallaşdırması ilə formalaşır

Krit adası yaxınlığında 43 miqrant xilas edilib