DÜNYA
Avropa Parlamenti Zelenskinin Nobel Sülh mükafatına namizədliyini irəli sürüb
Bakı, 18 mart, AZƏRTAC
Avropanın sabiq və hazırkı siyasətçiləri və Avropa Parlamentinin üzvləri Ukrayna Prezidenti Volodimir Zelenskinin 2022-ci il üçün Nobel Sülh mükafatı ilə təltif edilməsi təşəbbüsünü irəli sürüblər.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, ərizə qəbulu başa çatdığı üçün təşəbbüsün müəllifləri Norveçin Nobel Komitəsini namizədlərin irəli sürülməsi proseduruna yenidən baxmağa çağırıb.
“Prezident Volodimir Zelenskinin və Ukrayna xalqının Nobel Sülh mükafatına namizədliyinin irəli sürülməsi üçün namizədlik prosesini 2022-ci il martın 31-dək uzatmağı xahiş edirik”, - deyə müraciətdə bildirilir.
Norveç Nobel Komitəsinin mətbuat xidmətinin məlumatına görə, bu il mükafata 251 şəxs və 92 təşkilat iddia edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [19:20]
Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək
- 30.04.2024 [19:14]
Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstələyib
- 30.04.2024 [19:04]
Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək
- 30.04.2024 [18:54]
Londonda insanlara qılıncla hücum edilib: dörd yaralı, bir ölü
- 30.04.2024 [17:39]
Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb
- 30.04.2024 [17:34]
Aprel ayı İstanbulda daha bir Lalə Festivalı ilə yadda qalacaq
- 30.04.2024 [16:39]