DÜNYA
Avropada min kubmetr qazın qiyməti 1400 dolları ötüb
Bakı, 3 noyabr, AZƏRTAC
Avropada noyabrın 3-də keçirilən hərracın gedişində qazın min kubmetrinin qiyməti 10 faiz artaraq yenidən 1400 dolları ötüb.
AZƏRTAC xəbər verir ki, Londonun ICE birjasının məlumatına görə, hazırda Niderlanddakı TTF habında min kubmetr qazın dekabr fyuçersinin qiyməti 1406 dollara yüksəlib.
Qazın qiymətinin bahalaşması regionda temperaturun aşağı düşməsi ilə bağlıdır.
Oktyabr ayında Avropada min kubmetr qazın orta qiyməti təxminən 1382 dollar təşkil edib. Avropa İttifaqı ölkələrində qaz ehtiyatlarının maksimuma yaxınlaşması, bu mövsüm üçün anomal isti hava şəraiti və elektrik enerjisi istehsalında külək generasiyasının payının artması mavi yanacağı qiymətinin sentyabr ayı ilə müqayisədə enməsinə səbəb olmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]
Suriyada İŞİD-in hücumu nəticəsində 17 hərbçi həlak olub
- 03.05.2024 [15:47]
Pakistanda avtobus qəzasında ölənlərin sayı 20 nəfərə çatıb
- 03.05.2024 [15:16]
Milanda içki satışına bəzi qadağalar qoyulub
- 03.05.2024 [15:03]
Vyetnamda qidadan 487 nəfər zəhərlənib
- 03.05.2024 [15:01]
Çin Ayın görünməyən tərəfinə kosmik missiyaya start verib
- 03.05.2024 [14:40]