İDMAN
Avstriya Olimpiya Komitəsinin prezidenti: Təşəkkürlər Bakı!
Vyana, 3 iyul, AZƏRTAC
Avstriya Olimpiya Komitəsinin prezidenti Karl Ştoss “Bakı-2015” ilk Avropa Oyunları haqqında təəssüratlarını AZƏRTAC-ın xüsusi müxbiri ilə bölüşüb.
Bakını müasirliklə qədim ənənələrin harmoniyasından ibarət gözəl şəhər kimi xarakterizə edən K. Ştoss qısa müddətdə Avropa Oyunları üçün yaradılmış infrastrukturun heyranedici olduğunu bildirib. O, həmçinin deyib ki, tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarında iştirak etmək avstriyalı idmançılar üçün möhtəşəm idi, yarışlar çox yüksək səviyyədə təşkil olunmuşdu.
K.Ştoss Azərbaycan paytaxtının onun nəzərində böyük idman mərkəzləri, tarixi memarlıq abidələri və müasir binalarla yadda qaldığını qeyd edərək deyib: “Təşəkkürlər Bakı!”
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana