CƏMİYYƏT
Avtomobilin ehtiyat hissələrinin ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 29 oktyabr, AZƏRTAC
Avtomobilin ehtiyat hissələrinin ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan “Mercedes-Benz Sprinter” markalı nəqliyyat vasitəsilə gələn həmin ölkə vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub. Bu zamanı o, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin yük hissəsi ilə salon aralığında xüsusi düzəldilən yerdə gizlədilən 4 ədəd mühərrik, ümumilikdə, 34 ədəd avtomobil ehtiyat hissəsi aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.