ELM VƏ TƏHSİL
Azərbaycan aliminin elmi məqaləsi Rusiyada dərc olunub
Rusiyada nəşr olunan “Vodnoe xozyaystva Rossii” jurnalının növbəti nömrəsində AMEA-nın Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya elmləri doktoru Məhəmməd Abduyevin “Azərbaycanın arid ərazilərin çaylarının hidrokimyəvi vəziyyətinin qiymətləndirilməsi” sərlövhəli məqaləsi dərc edilib.
Coğrafiya İnstitutundan AZƏRTAC-a bildiriblər ki, məqalədə Azərbaycanın arid ərazilərində çay sularının minerallaşmasının dəyişməsi xətti trend metodu ilə qiymətləndirilib. Çayların çoxillik minerallaşma sıralarının təhlili ilə müəyyən olunub ki, dəyişilmə mürəkkəb xarakter daşımaqla bir mənalı deyildir. Tədqiq edilən çayların hidrokimyəvi rejimi böyük olmayan ildaxili dəyişkənlik, minerallaşma və bəzi ionlarla (Ca, Mg, HCO) su sərfi arasındakı sıx əlaqə ilə xarakterizə olunur.