İDMAN
Azərbaycan boksçuları Avropa birinciliyində üç medal qazanmışlar
Bakı, 19 avqust (AZƏRTAC). Hollandiyanın Rotterdam şəhərində gənclər arasında boks üzrə Avropa birinciliyinə yekun vurulmuşdur.
AZƏRTAC xəbər verir ki, milli komandamız yarışda 2 qızıl və 1 gümüş medal qazanmışdır.
Yarışda 56 kiloqram çəki dərəcəsində mübarizə aparan Nəsrəddin Məmmədov finalda irlandiyalı Kurt Uolker üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.
Cavid Quliyev (64 kq) də Vətənə Avropa çempionu kimi dönmüşdür. Həmyerlimiz həlledici görüşdə Ukrayna təmsilçisini məğlub etmişdir.
Məsud Yusifzadə (52 kq) yalnız finalda irlandiyalı Reddi Kulliyə uduzaraq gümüş medalla kifayətlənmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [18:08]
ASAPES türk dövlətləri üçün təqaüd proqramı elan edib
- 30.04.2024 [17:26]
Azərbaycan cüdo millisinin “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb
- 30.04.2024 [16:48]
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
- 30.04.2024 [15:47]
Azərbaycanın Avropa çempionu FIDE reytinqində irəliləyib
- 30.04.2024 [14:46]
Azərbaycan millisi Slovakiya ilə yoldaşlıq oyunu keçirəcək
- 30.04.2024 [14:18]