İQTİSADİYYAT
Azərbaycan Çunçin beynəlxalq ticarət və investisiya sərgisində təmsil olunacaq
Pekin, 26 may, AZƏRTAC
Mayın 28-31-də Çin Xalq Respublikasının Çunçin şəhərində 18-ci beynəlxalq ticarət və investisiya sərgisi keçiriləcək. Azərbaycanı bu tədbirdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin sektor müdiri Orxan Abdinov və Naxçıvan Avtomobil Zavodu MMC-nin direktoru Musa Abdullayev təmsil edəcək.
Səfər zamanı nümayəndə heyətinin yerli hökumət rəhbərliyi ilə keçirəcəyi görüşlərdə Naxçıvan və Çunçin şəhərləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məsələləri müzakirə olunacaq.
Xatırladaq ki, Çinin ən böyük avtomobil istehsalçısı şirkətlərindən olan “Lifan”ın baş ofisi Çunçində yerləşir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin