MƏDƏNİYYƏT
Azərbaycan Dövlət Filarmoniyası iyun repertuarını açıqlayıb
Bakı, 25 may, AZƏRTAC
M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının iyun repertuarı musiqisevərlər üçün maraqlı olacaq.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, iyunun 2-də Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri akademik Vəli Axundovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş konsert proqramı ilə çıxış edəcək. Bu orkestr, həmçinin iyunun 3-də və 24-də konsert proqramı ilə çıxış edəcək. İyunun 22-də Azərbaycan Dövlət Xor Kapellasının, 25-də isə “İpək Yolu” VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti olacaq.
Bundan əlavə, iyunun 11-də Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqi zalında H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin kollektivi və Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri konsert proqramı ilə çıxış edəcək.
Konsert proqramları saat 19.00-da başlanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]