Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin kollegiyasının tərkibi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”nin 5.9-cu bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin kollegiya üzvlərinin sayı 14 nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin:

Kollegiyanın sədri

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri

Kollegiyanın üzvləri:

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin birinci müavini

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavinləri

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Aparatının rəhbəri

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Maliyyə və təminat şöbəsinin müdiri

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Hüquq və insan resursları şöbəsinin müdiri

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinin sədri

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinin sədri

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsin İdarə Heyətinin sədri

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsin İdarə Heyətinin sədri

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu” publik hüquqi şəxsin İdarə Heyətinin sədri.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 2 avqust 2025-ci il

№ 236

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin