Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Azərbaycan Hava Yolları”nın “Boeing-787-8” tipli təyyarəsi ilk uçuşunu Naxçıvana edib VİDEO

Bakı, 4 fevral, Ceyhun Rüstəmov, AZƏRTAC

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ötən il dekabrın 24-də paytaxta gətirdiyi və “Arzular layneri” (“Dreamliner”) adlanan ən müasir “Boeing-787-8” sərnişin təyyarəsi ilk uçuşunu ulu öndər Heydər Əliyevin doğulub boya-başa çatdığı Naxçıvana həyata keçirib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan yerli vaxtla saat 14:40-da havaya qalxan və azərbaycanlı pilotların idarə etdiyi “Boeing-787-8 Dreamliner” 1 saatdan sonra muxtar respublikanın Naxçıvan Beynəlxalq Hava Limanında yerə endi.

“Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidentləri İlham Əmirovu və Etibar Hüseynovu, eləcə də QSC prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərlini Naxçıvan Beynəlxalq Hava Limanının rəhbərliyi və kollektivi qonaqpərvərliklə qarşıladılar.

Hava limanının rəhbərliyi “Azərbaycan Hava Yolları” QSC-nin yeni aldığı və “Ordubad” adlandırılan müasir “Boeing-787-8” tipli təyyarənin interyeri və göstəriciləri ilə tanış oldu. Bildirildi ki, “Dreamliner” ən müasir tipli hava gəmilərindəndir. Son texniki nailiyyətləri özündə cəmləşdirən layner daha uzaq məsafələrə uçuşlar həyata keçirməyə malikdir. Bu təyyarə həm texniki, həm də xidmət cəhətdən digər hava gəmilərindən fərqlənir. Onun çəkisi analoji təyyarələrlə müqayisədə daha yüngüldür. Buna baxmayaraq, uçuş məsafəsi və yükqaldırma imkanı digərlərindən yüksəkdir və 20 faiz az yanacaq sərf edir. Geniş gövdəli bu təyyarə 210 sərnişin tutumuna malikdir. Fasiləsiz 15 saat uçuş yerinə yetirən layner birbaşa 15 min 700 kilometr məsafə qət edə bilir. “Dreamliner” bu göstəricilərə görə hazırkı sərnişin təyyarələri arasında liderdir. Təyyarədə sərnişinlərin rahatlığı üçün gözəl şərait yaradılıb. Sərnişinlər təyyarənin salonunda “biznes”, “premium ekonom” və “ekonom” siniflərinin xidmətlərindən yararlana bilərlər.

Təyyarənin bütün aeronaviqasiya və sərnişin salonunun audio-video sistemləri ən son texnoloji yeniliklər əsasında tərtib olunub. Bu təyyarə ilə ilk mərhələdə Bakıdan Nyu-Yorka, Londona, Parisə, Pekinə, Avropanın müxtəlif paytaxtlarına uçuşlar yerinə yetiriləcək.

“Uzun müddətdir blokada şəraitinin ağırlığına mətanətlə sinə gərən Naxçıvan Muxtar Respublikası bu gün Ulu Öndərin işləyib hazırladığı strategiya nəticəsində dinamik inkişafı və tərəqqisi ilə seçilir. Milli aviaşirkətimiz olan “Azərbaycan Hava Yolları” da Naxçıvanın bu iqtisadi yüksəlişinə, eləcə də muxtar respublikanın hava əlaqəsinin daha da möhkəmləndirilməsinə öz töhfəsini vermək üçün şərəfli missiyanı qürurla həyata keçirir”, - deyən “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti İlham Əmirov müsahibəsində bildirdi ki, ümumiyyətlə, Naxçıvanın iqtisadi inkişafına, eləcə də muxtar respublikanın beynəlxalq aləmə çıxışının təmin edilməsinə çalışan Ulu Öndərin ideyaları artıq bu gün reallığa çevrilir. Azərbaycanın əldə etdiyi nailiyyətlər, eləcə də mülki aviasiyamızın bugünkü inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyimizin ilk illərində ölkə iqtisadiyyatı üçün çox çətin zamanda bu sahəyə daim diqqət və qayğı göstərən Ümummilli Lider heç də asan olmayan o dövrdə aviasiyamızın bugünkü inkişaf xəttinin təməlini yaradıb.

Vitse-prezident diqqətə çatdırdı ki, son illərdə digər sahələrdə olduğu kimi, mülki aviasiya sahəsində də uğurlu inkişaf mərhələsi yaşanır. Bu inkişaf özünü həm yeni aerovağzal komplekslərinin inşasında, həm də müasir hava gəmilərinin alınmasında daha aydın göstərir. Bu baxımdan “Azərbaycan Hava Yolları” QSC-nin aviaparkının ən müasir “Boeing-787-8 Dreamliner” sərnişin təyyarələri ilə yenilənməsi də mühüm əhəmiyyət kəsb edir. “Azərbaycan Hava Yolları”nın və ümumilikdə, Azərbaycan mülki aviasiyasının nailiyyətləri Prezident İlham Əliyevin bu sahəyə birbaşa göstərdiyi diqqət və qayğısının nəticəsidir.

“Boeing-787-8” laynerinin MDB məkanında və bir sıra Şərq ölkələri arasında ilk dəfə Azərbaycana gətirildiyini vurğulayan İ.Əmirov deyib ki, artıq azərbaycanlı pilotlar “Dreamliner”in idarə edilməsində təcrübə toplayıblar: “Əminəm ki, “Azərbaycan Hava Yolları”nın aviatorları “Boeing-787-8 Dreamliner” ilə hələ neçə-neçə dünya şəhərini bir-birinə yaxın edəcək”.

Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin milli aviasiyaya diqqət və qayğısından danışan “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Etibar Hüseynov isə deyib ki, Azərbaycanın mülki aviasiyası Ümummilli Lider tərəfindən yaradılan möhkəm bünövrə üzərində dayanaraq, 2003-cü ildən özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Belə ki, 2004-cü ildə müasir standartlara cavab verən Naxçıvan Beynəlxalq Hava Limanı, sonrakı illərdə bir-birinin ardınca Gəncə, Zaqatala, Lənkəran və Qəbələdə aeroportlar istismara verilib. Sərnişin və yük daşımalarının daha müasir səviyyəyə çatdırılması üçün təyyarə və helikopter parkı yenilənib.

“Boeing-787-8” laynerinin ilk uçuşunun Naxçıvana reallaşdırılmasını əlamətdar hadisə adlandıran QSC-nin vitse-prezidenti, Naxçıvan Beynəlxalq Hava Limanında aparılan yenidənqurma işləri barədə də məlumat verib. Diqqətə çatdırılıb ki, hava limanında yüksək inkişaf templəri müşahidə olunur, bir sıra sahələrdə islahatlar reallaşdırılır. Bu islahatlar istər kadr baxımından, istərsə də maddi-texniki təchizat və digər sahələrdə həyata keçirilir. Aparılan islahatlar hava limanının hər sahədə beynəlxalq standartlara cavab verməsini təşkil etmək məqsədi daşıyır. Hazırda Naxçıvan Beynəlxalq Hava Limanında sərnişindaşıma texnologiyasının müasir səviyyəyə çatdırılması, eləcə də rahatlığın təmin edilməsi üçün yenidənqurma işləri aparılır: “Əgər indiyədək aerovağzal binasının 1-ci mərtəbəsi sərnişinlərin qeydiyyatı, uçuşa gedişi və uçuşdan gəlişi üçün nəzərdə tutulurdusa, yenidənqurma işləri nəticəsində bu mərtəbə ancaq sərnişinlərin qeydiyyatı və uçuşdan gəlişi üçün fəaliyyət göstərəcək. İkinci mərtəbədə isə əvvəlki layihəyə əsasən aeroport administrasiyası və mühəndis-texniki işçilərin otaqları yerləşirdi ki, onlar da ötən il yeni inzibati binaya köçürülüblər. Beləliklə, ikinci mərtəbə də sərnişinlərin gedişi üçün yenidən qurulacaq. Bu mərtəbədə sərnişinlərin rahatlığı üçün gözləmə zallarında oturacaqlar yerləşdiriləcək, kafelər xidmət göstərəcək. Bundan başqa, aerovağzal binasında 4 eskalator, 2 lift istifadəyə veriləcək. Həmçinin aerovağzal binasına təyyarələrin yaxınlaşması üçün 2 teleskopik traplar da quraşdırılıb, stasionar körpülər inşa olunub. Bu körpülərdə uçuşdan gələn yaşlı və əlil sərnişinlərə 2 lift avadanlığı xidmət edəcək. Görülən işlər nəticəsində aerovağzal binasında kommunikasiyalar tam yenilənəcək, sərnişinlərin gedişi və gəlişi üçün texnoloji avadanlıqlar quraşdırılacaq”.

Naxçıvan Beynəlxalq Hava Limanında aparılan yenidənqurma işləri ilə tanışlıqdan sonra təyyarə axşam saatlarında geriyə - paytaxt Bakıya qayıtdı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq