Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan memarlarına “Əməkdar memar” fəxri adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda memarlığın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar memar” fəxri adı verilsin:

Baybekov Ravil Saleh oğlu

Cəfərov Xəlil Ələkbər oğlu

Miralayev Fəxrəddin Böyük oğlu

Namazov Müsədin Əhməd oğlu.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 dekabr 2017-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin