Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan Mülki Aviasiyasının 75 illik yubileyi təntənəli surətdə qeyd olunmuşdur

Bakı, 31 may (AZƏRTAC). Mayın 31-də Azərbaycan Mülki Aviasiyasının 75 illik yubileyi münasibətilə təntənəli toplantı keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan Hava Yolları - AZAL” QSC-nin prezidenti Cahangir Əsgərov toplantıda mülki aviasiyamızın yaradılmasının 75 illik yubileyi münasibətilə aviasiya işçilərini təbrik etmişdir. AZAL-ın prezidenti bildirmişdir ki, Azərbaycanın mülki aviasiyası ulu öndər Heydər Əliyev tərəfindən yaradılan möhkəm bünövrə üzərində dayanaraq, 2003-cü ildən dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

Sonra Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Bəkir Yusifov çıxış edərək demişdir ki, Azərbaycanın Mülki Hava Donanmasının rəsmi yaranma tarixi 1938-ci il iyunun 2-nə təsadüf edir. Amma onun inkişaf və intibah dövrü ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə reallaşmışdır.

İyunun 2-nin mülki aviasiya işçilərinin peşə bayramı günü kimi Prezident İlham Əliyevin Sərəncamı ilə 2006-cı il mayın 18-də təsis edildiyini xatırladan B.Yusifov demişdir ki, artıq yeddinci ildir bu peşə bayramını layiqincə qeyd edirik. Biz hər il peşə bayramımızda mülki aviasiyamızın tərəqqisinin, sürətli inkişafının şahidi oluruq. Əldə etdiyimiz uğurlar gələcək inkişafımız üçün əsaslı və güclü zəmin yaradır.

O bildirmişdir ki, Azərbaycanda hava yolları ilə sərnişindaşımanın həyata keçirilməsi üçün ilk aerovağzal binası 1933-cü ildə tikilmişdir. Ölkədə beynəlxalq standartlar səviyyəsində aerovağzal kompleksi isə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakıda inşa olunmuş və 1999-cu ildə istismara verilmişdir. Məhz bundan sonra Azərbaycan Mülki Aviasiyası intensiv inkişaf mərhələsinə qədəm qoymuşdur. Daha sonra 2004-cü ildə müasir standartlara cavab verən Naxçıvan Beynəlxalq Aeroportu istifadəyə verilmiş, 2006-2011-ci illərdə Gəncə, Zaqatala, Lənkəran, Qəbələ aeroportları öz qapılarını dünyaya açmışdır.

Mülki aviasiyamızın 75-ci ildönümündə Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin tikintisinin davam etdirilməsi və “Silk Way Technics”in yeni anqar kompleksinin inşasının sona çatdırılması ölkəmizin baş hava limanının strateji əhəmiyyətini daha da artırır. Biz bu gün də aviaparkımızın müasirləşdirilməsi istiqamətində yorulmadan çalışırıq. İyun ayından başlayaraq 4 “Embraer-190” və 2 “Embraer-170” tipli 6 yeni təyyarə aviaparkımıza daxil ediləcəkdir. Onu da deməliyəm ki, təkcə 2003-2011-ci illərdə Azərbaycana 47 təyyarə və helikopter gətirilmişdir. Bu rəqəm müstəqil Azərbaycanın hava nəqliyyatı üçün çox böyük göstəricidir və aviasiyamızın əsl sıçrayışıdır.

İndi AZAL “Boeing-757”, “Boeing-767”, “Airbus-319”, “Airbus-320” və “Airbus-340-500” tipli təyyarələri ilə dünyanın 32 şəhərinə uçuşlar yerinə yetirir. “Boeing-787” Dreamliner təyyarələrini aldıqdan sonra isə Azərbaycan birbaşa Amerika Birləşmiş Ştatlarına uçuşlar yerinə yetirməyi planlaşdırır.

Komitə sədri demişdir ki, Azərbaycan Mülki Aviasiyanın 75 illik yubileyi münasibətilə artıq beynəlxalq təşkilatlardan da çoxsaylı təbrik teleqramları daxil olmaqdadır. Qonşu və dost dövlətlərin mülki aviasiya komitələrinin rəhbərləri də aviatorlarımızı təbrik edir, onların yubiley sevincinə qatılırlar. Biz də bu təbriklərə qoşularaq, aviatorlarımızı 75 illik yubiley münasibətilə bir daha ürəkdən təbrik edirik.

Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev də əlamətdar yubiley münasibətilə aviatorları təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Akademik bildirmişdir ki, Ulu Öndərin siyasi xəttini müasir dövrün tələbləri ilə uğurla uzlaşdıran Prezident İlham Əliyev hər sahəyə olduğu kimi, aviasiya sahəsinə də böyük diqqət və qayğı göstərir.

Rektor Arif Paşayev Milli Aviasiya Akademiyasının adından AZAL-ın prezidenti Cahangir Əsgərova xatirə hədiyyəsi təqdim etmişdir.

QSC-nin vitse-prezidenti İlham Əmirov, “Boeing-767” tipli təyyarənin şef pilotu Səyyad Quliyev və digərləri çıxış edərək mülki aviasiyamızın ilbəil inkişafından, müasirləşməsindən danışmış, aviasiya sahəsində atılan uğurlu addımlara görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, öz həmkarlarını bu əlamətdar yubiley münasibətilə təbrik etmişlər.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 29 may tarixli Sərəncamı ilə təltif olunan mülki aviasiya işçilərinə dövlət mükafatları təqdim edilmişdir.

Dövlət təltifinə layiq görülmüş əməkdaşlar fəaliyyətlərinə verilmiş yüksək qiymətə görə Azərbaycan Prezidentinə dərin minnətdarlıqlarını ifadə etmişlər.

Aviasiya işçilərinin dövlət mükafatlarına layiq görülməsi Azərbaycan Mülki Aviasiyasına Prezident İlham Əliyev tərəfindən göstərilən yüksək etimad və inamın ifadəsi kimi dəyərləndirilmiş, bunun aviasiya işçiləri üçün böyük məsuliyyət yaratdığı qeyd edilmişdir.

Sonda mülki aviasiya işçiləri adından Prezident İlham ƏIiyevə müraciət qəbul olunmuşdur.

Müraciətdə deyilir: “Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş quruculuq siyasəti ölkəmizin iqtisadiyyatının, habelə nəqliyyat sektorunun inkişaf sürətinin durmadan artmasına səbəb olmuşdur.

Möhtərəm Prezident, məhz Sizin tərəfinizdən bu siyasət uğurla davam etdirilir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Naxçıvan, Gəncə, Zaqatala, Lənkəran, Qəbələ hava limanlarının yenidən quruması və beynəlxalq standartlara uyğunlaşdırılması, Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzalın tikintisi və müasir tələblərə cavab verən “Airbus-A319”, “Airbus-A320”, “Airbus-A340”, “Embraer -170”, “Embraer -190”, “Boeinq-767”, “Boeinq-747” tipli təyyarələrin və “Aqusta-139”, “Sikorski-92” vertolyotlarının alınması mülki aviasiyanın sürətli inkişafının sübutudur”.

Müraciətdə daha sonra deyilir: “Möhtərəm cənab Prezident!

Sizin Aviasiya işçiləri qarşısında qoyduğunuz vəzifələrə uyğun olaraq mülki aviasiya qurumları beynəlxalq və regional təşkilatlarla, ayrı-ayrı ölkələrin mülki aviasiya qurumları ilə sıx əlaqələr saxlayır, ölkəmizin xüsusiyyətlərini nəzərə alaraq mütərəqqi dünya təcrübəsinin öyrənilməsi və tətbiq edilməsi sahəsində ardıcıl iş aparır.

Sizi əmin edirik ki, bundan sonra da aviasiya işçiləri qarşısında qoyduğunuz vəzifələrin öhdəsindən gəlmək üçün bütün qüvvəmizi Azərbaycan Respublikasının daha da möhkəmlənməsi, zənginləşməsi və qüdrətli olması naminə səfərbər edəcəyik”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev KAICIID-in Baş katibini qəbul edib YENİLƏNƏCƏK

Prezident İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib YENİLƏNİB

Adil Kərimli: Azərbaycanda müxtəlif din və ənənələrə sahib insanlar hər zaman sülh içərisində yaşayıb

ANAMA: Ötən ay 2500-dən çox partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib

Azərbaycan ilə UNESCO arasında əməkdaşlıq gündəliyində duran məsələlər müzakirə edilib

Braziliyanın cənubunda leysan yağışları nəticəsində ölən və itkin düşənlər var

Çingiz Hüseynzadə: Bu yarış gənc avarçəkənlərimiz üçün böyük təcrübədir

Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu bundan sonra da müstəmləkəçiliyə qarşı mübarizəyə dair beynəlxalq tədbirlər keçirəcək

Qarabağın bərpası yolları və müasir şəhərsalma üsullarından istifadə edilməsi - dəyirmi masa

Nazir müavini: Təhsilli insanlar münaqişələrin daha asan həll edilməsinə imkan yaradırlar

Prezident İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərindən ibarət nümayəndə heyətini qəbul edib  YENİLƏNİB

Prezident İlham Əliyev TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib  YENİLƏNİB

Rusiyadan idxal olunan toxumluq kartof məhsulunda zərərli orqanizm aşkarlanıb

Mədəniyyət naziri İordaniya şahzadəsi və Səudiyyə Ərəbistanından olan həmkarı ilə görüşüb

Moskva Patriarxlığının nümayəndəsi: Azərbaycanda dinlərarası münasibətlərin çox gözəl modelini görürük VİDEO

AZƏRTAC-ın əməkdaşları şəhid-jurnalist Məhərrəm İbrahimovun məzarını ziyarət ediblər

Tovuzda yük maşını körpüdən çaya aşıb FOTO

Dilçilik İnstitutunda Türkiyə universitetlərinin nümayəndələri ilə görüş olub

UNESCO-ya üzv ölkələrin daimi nümayəndələrinə regiondakı son proseslər barədə məlumat verilib

“Gənc istedadlar” liseyinin şagirdləri IX Ekoloji Forumun startap müsabiqəsində qalib olublar

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində nazirlərin 5-ci görüşü keçirilir

Blinken Qüdsdə Netanyahu ilə görüşüb

Avropa çempionatı: Azərbaycanın amputant millisinin oyunlarının təqvimi açıqlanıb

Dünyada 1 May nümayişləri: Makronun maketi və etiraz şüarları

Asmita Satyarthi: Hazırda bütün dünya sivilizasiyalar böhranın girdabındadır

“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1112-VIQD nömrəli Qanununun tətbiqi və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 26 yanvar tarixli 266 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Devid Bednar: Azərbaycan multikultural və tolerant ölkə kimi nümunə göstərir

“Şəhərdən Kəndə” layihəsi çərçivəsində Lənkəran və Astarada fermer təsərrüfatlarına dəstək göstərilib

“Media haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1110-VIQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Efendus Henderson: Mədəniyyətlərarası Dialoq Forumu unikal platformadır

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Soltan Məmmədov: Azərbaycan bəşəriyyətin ümumi sərvəti hesab olunan dəyərlərin mühafizəsində fəal iştirak edir

Alimlər ölümcül “göbələk epidemiyası” ilə bağlı xəbərdarlıq ediblər

Daha 6 mikro sahibkara “Startap” şəhadətnaməsi verilib

® “Birbank” taksit kartı ilə ilk alış-verişdə 10 faiz keşbek qazanın

Şeyxülislam: Azərbaycanın qlobal ideyaları bütün bəşəriyyətin mənafeyinə xidmət edir

AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir

“Sülh və qlobal təhlükəsizlik naminə nəsillərarası dialoq” adlı panel sessiyası keçirilib VİDEO

Hərbi attaşelər DİN Daxili Qoşunlarının Ali Hərbi Məktəbini ziyarət ediblər

“Sərhədçi”nin baş məşqçisi: Çempion olmaq istəyirik və buna köklənmişik

Baş nazir Əli Əsədov Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri ilə görüşüb

Bloomberg: Ən varlı rusiyalıların sərvəti bu il 15,8 milyard dollar artıb

İstanbulda 1 May faciəsi qurbanlarının xatirəsi anılıb

ASEAN Sülh və Barışıq İnstitutunun icraçı direktoru: Gənclərə öz fikirlərini ifadə etmək imkanı verilməlidir

Türkiyədə ölkədaxili reyslərə biletlər 30 faiz bahalaşıb

Aprel ayında dövlət sərhədini pozduğuna görə 26 nəfər saxlanılıb

Akademik İsa Həbibbəyli AMEA-nın yeni loqotipinin hazırlanması üçün təqdim edilən layihələrlə tanış olub

Sabunçu rayonunda satışı nəzərdə tutulan müxtəlif təyinatlı 188 kəsici-deşici alət aşkarlanıb

Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunda yeni piyada keçidi tikilir

Respublika üzrə kümçülərə ipəkqurdunun paylanmasına başlanılıb

Oğuzda silahlı şəxs saxlanılıb

“Qarabağda və Şərqi Zəngəzurda tarixi abidələrin qorunub saxlanması problemləri” mövzusunda plenum keçiriləcək

Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini Liderlərin Bakı görüşü keçirilir

BMU məzunları ilə tələbələrin görüşü təşkil olunub

Bild: Berlində “Amazon” kompaniyasının 16 avtomobili yandırılıb

Jan Kristof Bas: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu artıq qabaqcıl tədbirə çevrilib VİDEO

COP28-in prezidenti İtki və Zərər Fondunun ilk tarixi iclasına sədrlik edib

Aleksandr Zuyev: VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu beynəlxalq sülhü təşviq edəcək

Taleh Kazımov: “Naxçıvan Bank”ın səhmdarlarının verəcəyi qərarın maliyyə sektoruna heç bir təsiri olmayacaq

İri sahibkarlıq subyektləri Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri sisteminin tətbiqinə başlayıb

Respublika fənn olimpiadalarının fizika və tarix fənləri üzrə final turu keçirilib

Mayın 2-də bəzi rayonlarda hava yağıntılı olacaq

I Beynəlxalq Opera Festivalının dördüncü günündə professor Hüseyn Əliyevin tələbələri çıxış ediblər

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işini sessiyalarla davam etdirir

Tanışının ölümündə şübhəli bilinən şəxs barədə həbs qətimkan tədbiri seçilib

AQTİ ictimai iaşə obyektlərinin reytinq sisteminin tətbiqinə başlayıb

Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının nümayəndəsi: Azərbaycanda mötəbər yarışların təşkili həmişə yüksək səviyyədə olub

Milli Müdafiə Universiteti tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadılıb

ISSF rəsmisi: Azərbaycanın nüfuzlu turnirlərə ev sahibliyi etmək üçün kifayət qədər təcrübəsi var

Baş katib: "Prezident Kuboku-2024" reqatasının Füzulidə də keçirilməsi planlaşdırılır

NASA Arktika Dairəsinə elmi tədqiqat üçün hava şarları göndərir

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub

Zemfira Meftahətdinova: Atıcılarımızın Dünya Kubokunda uğurlu nəticələr qazanacağına inanıram

Simli Kvartetin təqdimatında kamera musiqisi axşamı

Şəhid anası: Hər sözünün əvvəli də, axırı da Vətən idi...

Avropada qazın qiyməti 6 faiz bahalaşıb

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Tarix Muzeyinin yeni kataloqu nəşr olunub

Prezident İlham Əliyev: Azərbaycan və Ermənistan delimitasiya və demarkasiya işlərini hər hansı vasitəçi olmadan aparır VİDEO

Ülviyyə Zülfiqar: Qərbi Azərbaycan Televiziyası binasının açılışı ilə efir siyasəti də yenilənir

Azərbaycanın neft və qaz qiymətləri üzrə proqnozu açıqlanıb

AMB: Bu il cari əməliyyatlar balansı 7 milyard dollar səviyyəsində proqnozlaşdırılır

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşları qəbul edəcək

Görkəmli yazıçı İsi Məlikzadənin anadan olmasının 90 illiyi ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb

Azərbaycan Bakıdakı Dünya Kubokunda 43 atıcı ilə təmsil olunacaq

Prezident: İndi biz sülhə doğru gedirik

Elm və təhsil işçilərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Suqovuşanda “Prezident Kuboku-2024” reqatasının açılış mərasimi keçirilib VİDEO

Səudiyyəli nazir: İqlim dəyişikliyi ilə bağlı məsuliyyətlərin bölüşdürülməsində riyakarlıq var

AMB sədri bu il və gələn ilin inflyasiyası ilə bağlı proqnozlarını açıqlayıb

Prezident İlham Əliyev: Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi və bu, lazımınca nəzərdən keçirilməlidir

Əziz Ələkbərli: Məqsədimiz Qərbi Azərbaycan həqiqətlərini geniş ictimaiyyətə çatdırmaqdır

Şarl Mişel: Avropa Komissiyası siyasiləşmiş orqan olmamalıdır

® Bazarstore – təltif edildi

Qərbi Azərbaycan Televiziyasının binasının açılışı olub

Azərbaycan Prezidenti: COP29-a ev sahibi kimi biz indi rolumuzu körpülərin salınmasında görürük

Bu gündən etibarən sağlamlıq haqqında tibbi arayışlar vətəndaşlara elektron şəkildə veriləcək