İQTİSADİYYAT
Azərbaycan neft hasilatını Rusiyanın da nəzərdə tutduğu faiz səviyyəsində azaltmağı düşünür
![Azərbaycan neft hasilatını Rusiyanın da nəzərdə tutduğu faiz səviyyəsində azaltmağı düşünür](/files/2016/3/1200x630/14811957603925824884_1200x630.jpg)
Bakı, 8 dekabr, AZƏRTAC
Azərbaycan neft hasilatını Rusiyanın da nəzərdə tutduğu faiz səviyyəsində azaltmağı düşünür.
Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva AZƏRTAC-a bildirib ki, Azərbaycan öz neft istehsalını Rusiya və Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan ölkələrin planlaşdırdığı hasilatın azaldılması faizi nisbətinə uyğun müəyyən etməyi nəzərdə tutur.
Qeyd edək ki, dekabrın 10-da Vyanada OPEC üzvü ölkələr ilə kartelə üzv olmayan ölkələr arasında keçiriləcək görüşdə Azərbaycan da daxil olmaqla 14 qeyri-OPEC ölkəsi iştirak edəcək. Görüşdə Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edəcək.
Xatırladaq ki, ötən ay OPEC neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması üzrə qərar qəbul edib. Bu qərar 2017-ci ilin yanvarından tətbiq ediləcək və 6 ay ərzində qüvvədə olacaq. OPEC-ə üzv olmayan ölkələr neft hasilatını gündəlik ümumilikdə 600 min barrel azaldacaqlarına, Rusiya isə istehsalını sutkada 300 min barrel aşağı salmağa söz verib.