CƏMİYYƏT
Azərbaycanın ICESCO üzrə sözçüsü: “By Youth For Youth” tədbirinin ilk dəfə ölkəmizdə keçirilməsi qürurvericidir
![Azərbaycanın ICESCO üzrə sözçüsü: “By Youth For Youth” tədbirinin ilk dəfə ölkəmizdə keçirilməsi qürurvericidir](/files/2024/2/1200x630/17193998412622643494_1200x630.jpg)
Bakı, 26 iyun, AZƏRTAC
“By Youth For Youth” tədbirinin ilk dəfə Azərbaycanda keçirilməsi qürurvericidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın ICESCO üzrə elçisi Şərqiyyə Həsənova Bakıda keçirilən "By Youth For Youth" tədbiri barədə jurnalistlərə açıqlamasında deyib.
Bu tədbirin ötən gün Şuşada öz işinə başladığını xatırladan Ş.Həsənova əlavə edib: “Beynəlxalq tədbir ötən gün gözəl bölgəmiz olan Şuşa şəhərində öz işinə başladı və biz gənclər də çıxışlarımızla Azərbaycanı layiqincə təmsil etməyə çalışdıq. Məqsəd gənclərin iş yükünü azaltmaq və həyat şəraitini yaxşılaşdırmaqdır”.
Onun sözlərinə görə, tədbirdə gənclərin fikirlərinə böyük önəm veriləcək.
Qeyd edək ki, forumun məqsədi İslam Dünyası gənclərinin sülhyaratma, davamlı inkişaf, mədəniyyət, ətraf mühitlə bağlı baxış və təcrübələrini müzakirə etmək, bu sahədə onların iştirakına, innovativ həllərin müzakirəsinə və gənc liderlərin şəbəkələşməsinə imkan yaratmaqdır.